Icma.az
close
up
RU
® Beynəlxalq səviyyəli cərrah

® Beynəlxalq səviyyəli cərrah

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovu təqdim edirik.

Namiq Novruzov Mərkəzi Gömrük Hospitalında laparoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından laparoskopik vizual və rentgenoloji kontrolla daşların xaric edilməsi, mədəaltı vəzin, dalağın, mədənin, qida borusunun tam və hissəvi çıxarılması, nazik və yoğun bağırsaqlarda laparoskopik əməliyyatlar, bariatrik mədə kiçildilməsi, mədənin şuntlanması, diafraqma yırtıqlarının laparoskopik təmiri, yırtıqların açıq və laparoskopik üsullarla təmiri, abdominoplastika əməliyyatları, eləcə də ezofaqoqastroduodenoskopiya, kolonoskopiya, ezofaqus varikoz venalarının elastik həlqələnməsi, qastrointestinal darlıqlarda stentlərin yerləşdirilməsi, poliplərin kəsilməsi, qanamaların endoskopik yolla dayandırılması və digər əməliyyatları icra edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

Namiq Novruzov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirib, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçib. O, 2003-2007-ci illərdə Moskvada Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanıb.

1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlamış Namiq Novruzov 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışıb və 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah kimi fəaliyyət göstərir. O, ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Namiq Novruzov 2024-cü ilin yanvar ayında gömrük orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Namiq həkim sahəsi üzrə biliklərini daim təkmilləşdirərək Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laparoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirib, 2020-ci ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında, 2022-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edir.

Namiq Novruzov 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə nəşr edilən “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Onun Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birgə “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunub.

Namiq Novruzovun qəbuluna yazılmaq üçün (012) 404-08-08.nömrəli telefona zəng etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri