Icma.az
close
up
RU
Beynəlxalq tədbirlərə milyonlar tökülür, amma effekti yoxdur AÇIQLAMA

Beynəlxalq tədbirlərə milyonlar tökülür, amma effekti yoxdur AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

 Avropa ölkələri, çox zəngin ölkələr belə, bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər

 

Natiq Cəfərli: "Azərbaycanda quru sərhədlər bağlıdırsa, təyyarə biletləri bahadırsa, ölkədə turist infrastrukturu o qədər də inkişaf etməyibsə, turizmdən necə pul qazanmaq olar?"

Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı çıxışı zamanı bir məsələyə dair öz narahatlığını dilə gətirib. Parlament üzvü vurğulayıb ki, Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Deputatın sözlərinə görə, bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır: "Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır və bir çox hallarda bu yalnız ölkəmizdə hotellərin həm də dəstəklənməsi məqsədi daşıyır. Bu gün Avropanın bir çox inkişaf etmiş ölkələri, çox zəngin ölkələr belə, bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər. Mərkəzi icra hakimiyyəti orqanları müxtəlif xarakterli tədbirlər keçirirlər, bu tədbirlərin effektivliyi çox azdır". Parlamentarinin fikrincə, hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, niyə bu il keçən illə müqayisədə turistlərin sayında 1,7 faiz azalma baş verib: "Məsələn, Avropadan gələn turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya respublikalarından gələn turistlərin sayında 10 faiz azalma var. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla müqayisədə 2 dəfədən də artıq. Hesab edirəm ki, bunun səbəbləri araşdırılmalıdır və Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ, Avropa ölkələri, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın və eyni zamanda Azərbaycanda böyük bir araşdırılma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər? Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və Azərbaycanda ucuz hotellər yoxdur. Ona görə də bu, turistlərin sayına birbaşa təsir edir. Yəni hesab etmirəm ki, büdcə hesabına biz hotelləri bu formada beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik". Q.Həsənquliyev hökuməti sərhədlərin açılması məsələsinə bir daha baxmağa çağırıb: "Siyavuş müəllim (deputat Siyavuş Novruzov -red) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər".

Parlamentarinin gündəmə daşıdığı məsələni Sherg.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, çox güman ki, deputat beynəlxalq tədbirlər dedikdə "Formula 1" və bu kimi mütəmadi keçirilən tədbirləri nəzərdə tutur. Ekspert qeyd edib ki, bu tipli beynəlxalq tədbirlərin birbaşa turist potensialı çox azdır:

"Düzdür, dolayı yolla turistlərin sayında müəyyən artım ola bilər. Məsələn, "Formula 1" ölkənin tanıtımı üçün ən ideal yarışlardan biridir. 500 milyonluq auditoriyası var. Amma öz-özlüyündə turist cəlb etmir. 2 gün ərzində maksimum 5-10 min turist gələ bilər. Ancaq tanıtım elə güclü təşkil olunmalıdır ki, ona xərclənən vəsait turizm sahəsində müsbət nəticəsini versin, dividendlər versin. Amma Azərbaycanda quru sərhədlər bağlıdırsa, təyyarə biletləri bahadırsa, ölkədə turist infrastrukturu o qədər də inkişaf etməyibsə, turizmdən necə pul qazanmaq olar? O ki qaldı beynəlxalq tədbirlərə ayrılan vəsaitin elmlə müqayisəsinə, elm də elə-belə inkişaf etmir. Elm istehsala və iqtisadiyyata bağlı olmalıdır. Bizdə elm istehsaldan ayrıdır. Ona görə elmin inkişafından, ayrılan vəsaitin artırılmasından da söhbət getmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri