Icma.az
close
up
RU
Beynəlxalq tədbirlərə ayrılan vəsait, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır Deputatdan SƏRT AÇIQLAMA

Beynəlxalq tədbirlərə ayrılan vəsait, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır Deputatdan SƏRT AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır və bir çox hallarda bu yalnız ölkəmizdə hotellərin həm də dəstəklənməsi məqsədi daşıyır".

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirdi.

"Hesab edirəm ki, hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, niyə, misal üçün, bu il bizdə keçən illə müqayisədə turistlərin sayında 1,7% azalma baş verib. Məsələn, Avropadan gələn turistlərin sayı 21,7% azalıb, Mərkəzi Asiya Respublikalarından gələn turistlərin sayında 10% azalma olub. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda anoloji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6% artım olub və bizdə əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib. Bizdən iki dəfədən də çox artıb. Hesab edirəm ki bunun səbəbləri araşdırılmalıdır və Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ-dən Avropa ölkələrinin vətəndaşları üçün, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın və eyni zamanda Azərbaycanda böyük bir araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər. Bu, daha çox həm də bizdə o xidmətlərin qiymətinin artması ilə bağlıdır.

Təyyarə biletləri bahadır, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və ucuz hotellər Azərbaycanda yoxdur. Ona görə də bu turistlərin sayına birbaşa təsir edir. Hesab eləmirəm ki, büdcə hesabına biz, yəni bu hotelləri bu formada bu beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik. Bütün Avropanın bir çox inkişaf etmiş ölkələrində belə bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən çox zəngin ölkələr imtina edirlər.

Bizim mərkəzi icra hakimiyyəti orqanları biz mətbuatda bəzən oxuyuruq, çox müxtəlif xarakterli tədbirlər keçirirlər, qonaqlar çağırırlar, onlar üçün otellərdə yer kirayələyirlərrestoranlarda onlara yeməkiçmək təşkil edirlər. Amma bu tədbirlərin effekti çox azdır.

Əvvəllər bizim torpaqlarımız işğal altında olanda, əlbəttə, bizə hər bir tədbir əhəmiyyətli idi ki, biz orada problemlərimizdən danışaq, torpaqlarımızın işğal olmasından, 1 milyon qaçqınımızdan, Azərbaycana olan ədalətsiz münasibətdən, işğalçı Ermənistanın işğalçı dövlət kimi tanınmamasından və s. danışırıq. Amma indi torpaqlarımızı şükür Allaha ki, işğaldan azad eləmişik, bizim əvvəlki qədər bu cür tədbirlərə heç ehtiyacımız da yoxdur", - deyə millət vəkili vurğuladı.

Q.Həsənquliyev hesab edir ki, ezamiyyət xərcləri də azaldılmalıdır:

"Ölkə prezidenti, onun köməkçiləri, spikerdir, baş nazirdir, xarici işlər naziridir, yəni bu kimi dövlətin aparıcı şəxsləri istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının da çoxsaylı xarici səfərləri məhdudlaşdırılmalıdır.

Bizim xarici ölkələrdə səfirliklərimiz var, həmin beynəlxalq tədbirlərdə bizim səfirliyin nümayəndələri iştirak eləməlidirlər. Hazırda Qarabağ bərpa olunur, bizim torpaqlarımızın bərpasına, yoxsul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çox böyük ehtiyacımız var.

Hesab edirəm ki, hökumət mütləq bu məsələləri də diqqətdən keçirəcək və sonda hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə bir daha baxılsın".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri