Icma.az
close
up
RU
Beynəlxalq tərəfdaşlıq inkişaf etdirilir

Beynəlxalq tərəfdaşlıq inkişaf etdirilir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır

Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Hazırkı həssas məqamda Azərbaycan mühüm bir coğrafiyada münbit iqtisadi şərait formalaşdırması ilə diqqəti cəlb etməkdədir - ölkəmizin coğrafi-tranzit imkanlarını, Şərq-Qərb ötürücülük qabiliyyətini önə sürməsi, qlobal münasibətlərin yeni mərhələsini yaratması, mühüm enerji dialoqu platforması formalaşdırması yüksək dəyərləndirilir. Xüsusilə, Avropa kontingenti artıq bölgənin lideri olaraq Azərbaycana münasibətdə daha rasional münasibəti ilə seçilir - Azərbaycan dövləti mühüm toplantılarda, fundamental enerji dialoqlarında, yeni nizamın formalaşdırılması yönündə müzakirələrdə əsas dövlətlərdən biri kimi qəbul olunur.

8-i Aİ üzvü olmaqla 10 Avropa ölkəsinə qaz ixrac edirik

Avropanın hazırkı durumu, enerji tələbatının ödənilməsi yeni enerji təminatı məsələsini aktuallaşdırır - bu isə, Azərbaycanın önəmini daha qabarıq şəkildə ortaya çıxır. Geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə təsdiqləyir. Hazırda Azərbaycan Avropa üçün yeni enerji təhlükəsizliyi təminatçısı sayılır. 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Qeyd edək ki, Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Bu mənada, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir.  III Qlobal Şuşa Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq: “Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Yəni, Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Mən bu yaxınlarda Xəzər neft sərgisində neft hasilatı ilə bağlı planlarımız haqqında danışdım və bəyan etdim ki, bizim planımız 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Yəni, bu gün biz 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək”.

Vurğulandığı kimi, Azərbaycan hər zaman Avropaya qaz ixracının həcmini artırmağa hazır olduğunu bildirir. Respublikamız  olduqca geniş təsdiqlənmiş və proqnozlaşdırılan qaz ehtiyatlarına malikdir. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb.

Aİ ilə Azərbaycan arasındakı enerji mübadiləsinin ən mühüm məqamlarından biri isə, yaşıl enerjidir. Yaşıl enerji də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin isə Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürülməsi nəzərdə tutulur. Yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı imkanlarını daha da genişləndirəcək.

Bizim enerji siyasətimiz biznes məqsədli olub, bunu heç vaxt siyasiləşdirməmişik...

Azərbaycanın formalaşdırdığı əməkdaşlıq mühiti heç də rəqabətə deyil, əməkdaşlığa istinad edir. Ölkəmiz heç bir zaman hansısa başqa bir ölkənin alternativi olmaq fikrinə düşməyib - tam əksinə, tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsində maraqlı olub. Bu gün real olaraq Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycan kontinental miqyasda iqtisadi-siyasi bağ kimi fərqli qütblər arasında inteqrasiyanı möhkəmləndirir. Aparılan siyasət isə açıq və şəffafdır - ölkəmiz milli maraqlar çərçivəsində yüksək iqtisadi dividendlərin əldə olunması üçün münbit zəmin yaradır. Təbii olaraq,  Aİ də bu münbit zəmindən istifadə edərək yeni qlobal iqtisadi formasiyaya transfer olmaq niyyətindədir. Bəlkə də qəribə görünər - amma, Azərbaycanın iştirakı ilə yaranan yeni iqtisadi münasibətlər sistemi özünün mühüm ştrixləri ilə “köhnə qitə”nin də inkişafına yeni rəng qatacaq. Beləliklə,  Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın genişlənməsi üçün həm yeni imkanlar, həm də yeni müzakirə predmetləri mövcuddur. Bu əlaqələrin güclənməsi isə mühüm iqtisadi inkişafın aparıcı ünsürü kimi çıxış etməkdədir.  Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı məsələsinə gəldikdə, onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. “Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik. Budur, bizim məsələmiz belədir. Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk”, - deyə dövlət başçısı vurğulayıb.

Beləliklə, Aİ ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənir - hər kəs anlayır və görür ki,  Azərbaycan etibarlı tərəfdaşdır. Bu fakt Aİ-nin yeni rəhbər strukturlarının təmsilçilərinin ayrı-ayrı vaxtlarda Bakıya səfərləri zamanı da səsləndirilib - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Koştanın Prezident İlham Əliyev ilə telefon danışığı, Ursula fon der Leyenin Antonio Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ-nin Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunələridir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see266

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see263

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see252

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see235

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see222

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see203

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see191

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see190

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see188

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see176

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see173

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see170

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see161

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see161

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see158

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see155

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see152

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri