Icma.az
close
up
RU
“Beynəlxalq təşkilatların əsas problemi qərarların icrasını təmin edə bilməməsidir”

“Beynəlxalq təşkilatların əsas problemi qərarların icrasını təmin edə bilməməsidir”

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq təşkilatlar qlobal və regional münaqişələrin həllində çox vaxt gözlənilən nəticəni əldə edə bilmirlər". Bu fikirləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.
Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlaması dövründə yaşanan proseslərdir: "BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərlə bağlı qəbul etdiyi dörd qətnamə illərlə icra edilmədi və təşkilat onların yerinə yetirilməsini təmin edə bilmədi. Eyni zamanda, ATƏT-in Minsk qrupu da münaqişənin həlli istiqamətində real nəticə ortaya qoya bilmədi.

Bu vəziyyət göstərir ki, beynəlxalq təşkilatlar əksər hallarda bəyanatlar vermək, qətnamələr qəbul etmək və danışıqlar aparmaqla kifayətlənirlər. BMT, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və Avropa İttifaqı kimi qurumlar müxtəlif münaqişələrdə iştirak etsələr də, onların müdaxiləsi hər zaman davamlı sülhün təmin olunmasına gətirib çıxarmayıb. Əfqanıstan, İraq, Bosniya və digər münaqişələr bunun nümunələri kimi göstərilir.

Fələstin–İsrail münaqişəsi də beynəlxalq təşkilatların effektivliyi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biridir. Bu münaqişə ilə bağlı BMT və digər beynəlxalq qurumlar tərəfindən çoxsaylı qətnamələr qəbul edilsə də, onların böyük hissəsi uzun illər ərzində icra olunmayıb. Bu isə beynəlxalq hüququn tətbiqi və qəbul olunan qərarların icra mexanizmlərinin yetərli olmaması barədə suallar yaradır.

Nəticə etibarilə, beynəlxalq təşkilatlar münaqişələrin müzakirəsi, vasitəçilik və hüquqi çərçivənin formalaşdırılması baxımından müəyyən rol oynasalar da, onların qərarlarının icrası və davamlı sülhün təmin edilməsi çox vaxt dövlətlərin siyasi iradəsindən və beynəlxalq güc balansından asılı olur".

Lətifə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri