Icma.az
close
up
RU
Beyni yaşlandırmayan qidalar açıqlandı: bunları siyahıdan çıxmayın

Beyni yaşlandırmayan qidalar açıqlandı: bunları siyahıdan çıxmayın

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Düzgün qidalanma vasitəsilə yaddaş və konsentrasiya sanki fiziki idman edirmiş kimi gücləndirilə bilir. Mütəxəssislər beynin daha sürətli, daha aydın, daha dəqiq və daha aktiv işləməsinə kömək edən 15 qidanı açıqlayıblar.

"Yeni Sabah" xəbər verir ki, düzgün seçilmiş qidalar beynin işləmə sürətinə və zehni performansına ciddi şəkildə təsir edir. Mütəxəssislərə görə, ümumi qidalanma tərzi diqqəti artırır, yaddaşı qoruyur və yaşla bağlı zehni zəifləməni gecikdirir.

Məlumata görə, tərəvəz, meyvə, paxlalılar, taxıl, sağlam yağlar və dəniz məhsulları tərkibli proteinlə zəngin pəhriz həm beyni, həm də ürək-damar sistemini eyni anda qoruyur.

Diyetoloq Co Uilyamsın açıqladığı beynin daha səmərəli işləməsinə yardım edən 15 qida bunlardır:

1. Taxıllar - Buğda çörəyi, bulqur, qəhvəyi düyü kimi qidalar aşağı qlisemik indeksi sayəsində beyinə müntəzəm qlükoza axını təmin edir. 

2. Yağlı balıqlar - Somon, skumbriya, alabalıq və sardina omeqa-3 yağ turşuları ilə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayır. Omeqa-3 çatışmazlığı demensiya riskini artırır. Balıq yeməyənlər üçün kətan toxumu, çia, qoz və ya yosun əsaslı əlavələr tövsiyə olunur.

3. Tünd rəngli meyvələr - B meyvələr iltihabı azaldır, qısamüddətli yaddaşı dəstəkləyir. 

4. Pomidor - Tərkibindəki antioksidant likopen beyin hüceyrələrini oksidativ stresdən qoruyur. Zeytun yağı ilə birlikdə qəbul edildikdə daha yaxşı təsir göstərir.

5. Yumurta və B vitamini mənbələri - B6, B12 vitaminin beyin damarlarına zərər verə bilən homosistein səviyyəsini azaldır. Yumurta həmçinin asetilxolinin yaranmasını dəstəkləyən kolinlə zəngindir, bu da yaddaş üçün vacibdir.

6. İtburnu, qara qarağat və C vitamini ilə zəngin qidalar - C vitamini enerji, stressin idarəsi və idrak performansı üçün vacibdir. Qırmızı bibər və brokkoli də güclü vitamin baxımından zəngindir.

7. Balqabaq tumu - Sink, maqnezium, B vitaminləri və triptofanla zəngindir. Həm yaddaşı, həm də əhval-ruhiyyəni yaxşılaşdırır.

8. Brokkoli və digər kələmkimilər - Beyin fəaliyyətini dəstəkləyən K vitamini ilə zəngindir. Kələm, gül kələmi və Brüssel kələmi də eyni təsir göstərir.

9. Adaçayı - Araşdırmalar adaçayının yaddaş və diqqəti gücləndirə biləcəyini göstərir. Yağı daha çox istifadə olunsa da, təzə yarpağı da faydalıdır.

10. Quru meyvələr və Çərəzlər - Xüsusilə qoz E vitamini ilə yaşla bağlı zehni zəifləməni ləngidə bilər.

11. Rozmarin (Bibəriyə) - Beyin hüceyrələrini qocalmaya bağlı zədələrdən qoruduğu düşünülür.

12. Sarıkök - Tərkibindəki kurkumin serotonin və dopamin səviyyələrini təsirləndirə bilər, əhvalı yaxşılaşdıra bilər. Yüngül depressiya əlamətlərini azaltmağa kömək etdiyi düşünülür.

13. Tünd şokolad - Yüksək kakao tərkibli olması sayəsində flavanollar beyin qan axınını artıra bilər. Xüsusilə yaşlılarda təsiri daha güclüdür.

14. Yaşıl Çay - Polifenollar beyin qocalmasını yavaşlada bilər. Gündə 2–3 fincan yaşıl çay demensiya riskinin daha az olması ilə əlaqələndirilir.

15. Qəhvə - Kofein ayıqlığı artırır, yaddaşı, diqqəti və reaksiya sürətini müvəqqəti gücləndirir. Adenozini bloklayaraq dopamin səviyyəsini yüksəldir.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri