Icma.az
close
up
RU
Beynimiz niyə bəzi xatirələri saxlayır, digərlərini isə unudur?

Beynimiz niyə bəzi xatirələri saxlayır, digərlərini isə unudur?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Hamımız xoş xatirələr toplamaq istəyirik. Bəzi anıların yaddaşımızda canlı qalmasını, bəzilərini isə unutmaq arzusundayıq. Ancaq bu, həmişə mümkün olmur. 

Qaynarinfo-nun məlumatına görə, Boston Universitetində aparılan yeni araşdırma isə göstərir ki, adi və əhəmiyyətsiz görünən anılar belə emosional bir toxunuşla yaddaşda qalıcı ola bilər. Başqa sözlə, daha çox gözəl anı toplamaq müəyyən qədər bizim əlimizdədir.

Duyğular yaddaşı gücləndirir

Beynin bəzi anıları saxlayıb, digərlərini unutmasının səbəbi emosional bağların yaddaşı gücləndirmə təsiri ilə bağlıdır. Boston Universitetinin tədqiqatçıları bildirirlər ki, zəif və ya adi anılar güclü emosional hadisələrlə əlaqələndirildikdə yaddaşda daha qalıcı olur.

Məsələn, adi bir gəzinti zamanı gördüyünüz bir quşu normalda unuda bilərsiniz. Amma həmin gəzinti zamanı sizi sevindirən bir xəbər almış olsanız, o quşun görüntüsü həmin emosional anla birləşir və daha uzun müddət yadda qalır.

Bir dələnin hərəkətindən ilham alan sual

Boston Universitetinin Reinhart Neyroelm Laboratoriyasında doktorant olan Leo Çenyanq Lin iki il əvvəl Nyu-Hempşirdə etdiyi bir səfərdə ağaclar arasında qaçışan dələləri izləyərkən bu mənzərənin yaddaşında canlı qaldığını fərq edib. Həmin gün həm o səhnəni, həm də dostlarının keçdiyi təsərrüfat heyvanlarını aydın şəkildə xatırlayıb. Bu, onun beynində bir sual doğurub: "İnsan beyni niyə bəzi sıradan anıları saxlayır, digərlərini isə unudur?"

Bu sual, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmanın mərkəzində dayanır.

Araşdırmanın məqsədi və nəticələri

Tədqiqatçılar ümid edirlər ki, bu nəticələr tədris və səhiyyə kimi sahələrdə praktik tətbiq tapacaq. Məsələn, müəllimlər bu bilgilərdən istifadə edərək şagirdlərin öyrəndiklərini daha yaxşı yadda saxlamalarına kömək edə bilər, baxıcılar isə demensiya xəstələri ilə daha səmərəli ünsiyyət qura bilər.

Araşdırmaya görə, beyin bəzi anıları mühüm təcrübələrlə əlaqələndirdikdə onları seçici şəkildə gücləndirir. Bu proses "yaddaşın artırılması mexanizmi” (memory enhancement) adlanır.

Təcrübələr göstərir ki, beyin yadda saxlanacaq anılara qərar verərkən mərhələli qiymətləndirmə sistemi işlədir. Təxminən 650 nəfərin iştirak etdiyi on müxtəlif təcrübənin nəticələri bunu sübut edib.

Yaddaş sadəcə passiv bir sistem deyil

Psixologiya və beyin elmləri üzrə professor Robert M. G. Reinhart bildirir:

"Yaddaş passiv bir qeyd cihazı deyil. Beynimiz nəyin vacib olduğuna qərar verir və emosional hadisələr kövrək xatirələri sonradan sabitləşdirə bilər".

Elm adamlarının apardığı təcrübələrdə iştirakçılara müxtəlif təsvirlər göstərilib. Bəziləri neytral, bəziləri isə mükafatla və ya emosional hadisələrlə əlaqələndirilib. Ertəsi gün edilən gözlənilməz yaddaş testində, emosional hadisədən əvvəl baş verən adi anıların daha çox xatırlandığı müşahidə olunub.

Yaddaş dəyişkəndir

Tədqiqatın müəlliflərinə görə, yaddaşımız zamanla dəyişkəndir. Həyat boyu beynimiz saysız-hesabsız məlumatı emal edir və hansını saxlayacağına qərar verir. Ən çox seçilənlər isə fərqli və emosional yüklü informasiyalardır. Bununla belə, yaddaş daim dəyişməyə açıqdır.

Elm insanları yaddaşı qorumaq və zəifləməsinin qarşısını almaq üçün müntəzəm idman, kifayət qədər yuxu, stressin azaldılması və sosial əlaqələrin möhkəmləndirilməsi kimi üsulların effektiv olduğunu bildirirlər.

Xatirələr sabit deyil, dinamikdir

Qlazqo Universitetindən bilişsel neyroelmçi Mariya Vimber bu araşdırmanın nəticələrini belə şərh edib:

"Xatirələr sabit fotoşəkillər deyil, dinamikdir. Onların taleyi sonradan baş verən hadisələrdən asılı olaraq dəyişə bilər".

Lin tapıntıların həm təhsil, həm də tibb sahəsində tətbiq oluna biləcəyinə inanır. Məsələn, bir tarix dərsi maraqlı bir fəaliyyətlə əlaqələndirildikdə, şagirdin həmin dərsi daha yaxşı xatırlaması mümkündür.

O, həmçinin demensiya xəstələrinin adi bir yaddaşı — məsələn, eynəyini masaya qoyduğu anı — "sevilən bir mahnı”, "ailə fotosu” və ya "kiçik bir hədiyyə” ilə əlaqələndirərək yadda daha güclü şəkildə saxlaya biləcəyini qeyd edib.

Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən, zəif xatirələr "etiketlənə” bilər və güclü bir hadisə ilə qarşılaşdıqda sabitləşə bilər. Bu proses "davranışsal etiketləmə” (behavioral tagging) adlanır. Lin-in fikrincə, onun tapıntıları bu nəzəriyyə ilə üst-üstə düşür.

Gələcəkdə tədqiqatçılar beynin yaddaş mexanizmlərini real vaxtda izləmək üçün beyin görüntüləmə texnologiyalarından istifadə etməyi planlaşdırırlar.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri