Icma.az
close
up
RU
Beynin özünübərpa potensialının xəritəsi tərtib edilib TƏDQİQAT

Beynin özünübərpa potensialının xəritəsi tərtib edilib TƏDQİQAT

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 yanvar, AZƏRTAC

Cənubi Danimarka Universitetinin (SDU) Molekulyar Təbabət Departamentində aparılan yeni araşdırma insult nəticəsində yaranan sinir toxumalarının zədələnməsi və bunun daimi pozuntulara səbəb olmasına işıq tutur. Danimarka Beyin Bankının nadir toxuma nümunələrindən istifadə edilərək aparılan və “The Journal of Pathology” jurnalında dərc edilən bu tədqiqat, beynin özünübərpa prosesinə dəstək olacaq yeni müalicə üsullarının inkişafına təkan verə bilər.

AZƏRTAC “MedicalXpress” saytına istinadla xəbər verir ki, insult zamanı beynin bir hissəsinə qan axınının kəsilməsi nəticəsində baş verən zədələnmə zamanı beyin sinir liflərini bərpa etmək üçün “miyelin” adlı qoruyucu təbəqəni bərpa etməyə çalışır. Lakin bu təmir prosesi çox vaxt tam uğurlu olmur və nəticədə xəstələr fiziki və zehni funksiyalarını uzunmüddətli olaraq itirə bilirlər.

Araşdırmanın aparıcı müəlliflərindən professor Keyt Lambertsen qeyd edir ki, beynin özünübərpa potensialı mövcuddur: “Biz hüceyrələrə hətta çətin şəraitdə belə funksiyalarını yerinə yetirməyə kömək etməyin yollarını tapmalıyıq”.

Bu çərçivədə tədqiqatçılar iltihablı mühitlərin yenidənqurma prosesinə necə mane olduğunu araşdırmağa yönəliblər. Nəticədə miyelinin bərpasında mühüm rol oynayan xüsusi hüceyrələr müəyyən edilib. Lakin iltihablı şərtlər bu hüceyrələrin effektiv fəaliyyətinə mane olur. Professor L.Lambertsen bildirib ki, Danimarka Beyin Bankından götürülən toxuma nümunələri vasitəsilə tədqiqatçılar beynin müxtəlif sahələrində təmir prosesinin aktivliyini xəritələşdirə biliblər. İmmunohistokimya kimi qabaqcıl texnologiyalardan istifadə edərək zədələnmiş sahələrdə miyelin bərpasında mərkəzi rol oynayan hüceyrələr təhlil olunub. Toxuma nümunələri beynin zərər görən hissələrini üç kateqoriyada araşdırmağa imkan verib:

• İnfarkt nüvəsi – ən çox zədələnmiş sahə,

• Periinfarkt sahəsi – təmir prosesinin aktiv olduğu ətraf toxuma,

• Təsirsiz toxumalar – zədələnmədən kənarda qalan sahələr.

Bu yanaşma, bərpa hüceyrələrinin toplandığı yerlər və onların fəaliyyətinin zədədən sonra cinsə və zamana görə dəyişməsi haqqında mühüm məlumatlar təqdim edib.

Tədqiqatın mühüm nəticələrindən biri qadın və kişi beyinlərinin zədələrə fərqli reaksiya verdiyini ortaya qoyub. Professor L.Lambertsen izah edir: “Bu fərqlər gələcək müalicə strategiyalarında xəstənin cinsinin və fərdi xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini göstərir”.

Araşdırma qadınlarda iltihablı mühitlərin hüceyrələrin bərpa prosesinə daha çox mane olduğunu, kişilərdə isə bu prosesin daha yaxşı başladığını ortaya qoyub. Bu fərqlər qadınların insultdan sonra niyə daha çox çətinlik çəkdiyini izah etməyə kömək edə bilər. Tədqiqatçılar vurğulayırlar ki, Danimarka Beyin Bankı kimi unikal resurslar olmasaydı, bu nəticələrə nail olmaq mümkün olmazdı. İnsanlardan alınan toxuma nümunələri beynin xəstəliklərə reaksiyasını daha dərindən öyrənməyə və yeni müalicə strategiyaları hazırlamağa imkan verir. Bu tədqiqat beynin özünübərpa mexanizmlərinin daha yaxşı başa düşülməsi və insult kimi xəstəliklərdən sağalma prosesini dəstəkləyən müalicələrin inkişafı üçün əhəmiyyətli addım kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Yanvar 2025 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri