Icma.az
close
up
RU
Sükut beynin və sağlamlığın güclü dəyişdiricisidir Yeni tədqiqat

Sükut beynin və sağlamlığın güclü dəyişdiricisidir Yeni tədqiqat

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yeni bir araşdırma göstərib ki, sükut təkcə səssizlik deyil, həm də aktiv və güclü bir qüvvədir, hansı ki beyni dəyişə və ümumi sağlamlığı yaxşılaşdıra bilər. Cəmi üç gün bilərəkdən sükut içində olmaq, beyində fiziki və funksional dəyişikliklərə səbəb olur – bu dəyişikliklər uzunmüddətli meditasiya və ya zehni məşqlərlə müqayisə edilə biləcək səviyyədədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Boy Genius Report” (BGR) texnologiya portalında yayımlanmış məqalədə qeyd olunub.
Bildirilib ki, tədqiqat zamanı xüsusilə hipokamp adlı beyin bölgəsində təsir edici nəticələr müşahidə olunub – bu bölgə yaddaş və öyrənmə funksiyalarına cavabdehdir. Sükut içində keçirilən eksperiment zamanı iştirakçılarda yenidən neyronların artımı qeydə alınıb – bu, əvvəllər yalnız aylarla davam edən təlim və ya intensiv terapiya zamanı müşahidə edilə bilərdi.
“Sükutun təsiri daha aydın şəkildə özünü göstərib o şəxslərdə ki, onlar gündəlik həyatda davamlı səs-küyə məruz qalırlar. Bu da o deməkdir ki, məhz belə insanlar sükutdan daha çox fayda əldə edə bilərlər”, - məqalədə qeyd olunur.
Tədqiqat zamanı həmçinin beyin dalğalarında dəyişikliklər müşahidə olunub. Aktiv beta dalğalardan daha yavaş alfa və teta dalğalarına keçid baş verib ki, bu da daxili sakitlik, yaradıcılıq, emosional nəzarət kimi sahələrdə yaxşılaşma ilə əlaqələndirilir.
Üçüncü gün iştirakçılar bu rahatlıq halına əvvəlkindən daha tez və asan çatdıqlarını bildiriblər.
Bundan əlavə, emosional sabitlik artıb, narahatlıq azalıb, əhval-ruhiyyədə ümumi yaxşılaşma qeydə alınıb. Bu effekt təcrübə bitdikdən sonra bir neçə həftə davam edib.
Həmçinin qeyd olunur ki, gözlənilməz bir nəticə də hisslərin güclənməsi olub. Belə ki, iştirakçıların qoxu alma hissi kəskinləşib, dad, rəng və toxunma fərqləri daha yaxşı ayırd edilə bilib. Bu beynin resurslarının yenidən paylanması, yəni çarpaz ritmik kompensasiya ilə izah olunur – bir hiss daha da güclənərək digərlərini dəstəkləyir.
Bildirilir ki, tədqiqat zamanı işçi yaddaşın (məlumatı saxlamaq və emal etmək bacarığı) mühüm şəkildə yaxşılaşdığı müşahidə olunub. Belə ki, iİştirakçılar daha sürətli qərarlar veriblər, daha az səhv ediblər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, hətta gündə cəmi iki saatlıq səssizlik ölçülə bilən ciddi nəticələr verir. Misal üçün, səhər telefonsuz oyanmaq, qulaqlıqsız gəzintiyə çıxmaq, tapşırıqlar arasında qısa “sakit fasilələr” etmək – bunlar hamısı ruhi vəziyyəti yaxşılaşdırmağa kömək edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 İyun 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri