Icma.az
close
up
RU
Beyrutdakı partlayışın Azərbaycana zərbəsi: Siyasi şou

Beyrutdakı partlayışın Azərbaycana zərbəsi: Siyasi şou

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Livanın paytaxtı Beyrutda baş verən partlayışdan 5 il ötür.


Adalet.az xəbər verir ki, 4 avqust 2020-ci ildə, yerli vaxtla 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında  iki ardıcıl partlayış baş verdi. Partlayış nəticəsində ən azı 218 nəfər öldü, 7 min nəfər yaralandı, 80 nəfər itkin düşdü.

Hizbullah partlayış ilə bir əlaqəsi olmadığını açıqlamış, "bu milli faciəyə görə başsağlığı" vermiş və qeyd etmişdir ki, "bu fəlakət bütün Livan xalqının milli səviyyədə bir olması"nı tələb edir. 

Növbəti gün Hizbullahı Livan parlamentində təmsil edən Məhəmməd Rəad Livan xalqını fəlakətin səbəblərini dəqiqləşdirmək və ədalətin öz yerini tapması üçün "müsbət əməkdaşlıq" etməyə çağırmışdır. Lakin Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayır.

Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirdi. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi.

 Məlumatlarda partlayış nəticəsində 16 erməni öldüyü də bildirilirdi.

Elə həmin gündən hər ilin 4 avqustu Beyrut qurbanlarının Anım Günü  kimi qeyd olunur.


Beyrutdakı partlayışın Azərbaycana zərbəsi

1994-cü ildən etibarən, Qarabağ işğal olunduqdan sonra ermənilər qondardıqları “artsax respublikası”nı beynəlxalq aləmdə tanıtmaq üçün işə başladılar. Əsas məqsəd Qarabağ ərazisindən silah gücünə çıxardıqları azərbaycanlıların yerini doldurmaq, əhalinin sayında artım etmək idi.

Xatırlayırsınızsa, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirdi.
Bunun üçün ilk öncə ermənilərin kompakt yaşadığı şəhər və kəndlərdə rifahı qənaətbəxş olmayan və yaxud münaqişəli zonalarda təhlükə altında qalan ermənilərin Ermənistana daşınması, oradan da Qarabağa köçürülməsi prosesi başlandı. Təsəvvür edin ki, Ermənistan mediası o illərdə açıq yazırdı ki, Suriyada müharibə başlayandan 15 min suriyalı erməni Ermənistana köçüb.


Rəsmi mənbələr bildirir di ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: "Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir.

1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı".
Bəli, onların bir qismi Qarabağa, Laçın rayonuna yerləşdirildi. 2018-ci ildə 76 belə erməni ailəsi Azərbaycanın işğal altında olan bu rayonuna köçürüldü. Eyni zamanda işğal illəri ərzində Livandan Qarabağa erməni köçləri də baş tutmuşdu.
Amma məlum parrtlayışdan sonra Livandan Ermənistana və işğal altında olan Dağlıq Qarabağa ermənilərin köçürülməsi məsələsi yenidən gündəliyə gətirildi. Ermənistanın diaspor üzrə ali komissarı Zare Sinanyan hadisədən sonra bildirdi ki, Ermənistan vətəndaşlığını qəbul etmiş 20 min livanlı erməni ölkəyə dönmək istəyir.

Köçərilərin vətən axtarmaq azarı 

Həmin dövrdə mediada gedən bir məlumatı sizə xatırlatmaq yerinə düşər:
“Beyrut limanındakı partlayışdan sonra Ermənistan rəhbərliyi Livan ermənilərinin Qarabağa köçürülməsi prosesinə başlayıb.
İşğal altındakı Azərbaycan torplaqlarında yaradılmış qondarma rejimin rəhbərinin köməkçisi Rudik Usnunts Livandan Qarabağa insanların köçürülməsi barədə danışıb.
“Mənim başçılığım altında işçi qrup yaradılıb. Biz 100-150 ailə qəbul etməyə hazırıq. Amma 1000 ailə gəlsə belə onları da yerləşdirməyə hazırıq. Biz Livan ermənilərinə ev, iş verə, cəmiyyətə inteqrasiya edə bilərik”.
Livandan köçürülən ermənilərin əsasən, bank işçisi, həkim, inşaatçı, zərgər və usta olduğunu deyən Usnunts onların Ermənistandan Qarabağa köçürülməsi işlərinə başlanıldığını əlavə edib.
“Yeni köçənlərə Yerevanda anketlər verilir. Burada onlar öz tərcümeyi-halı və ixtisası barədə geniş məlumat verirlər. Həmin ermənilərin işə düzəldilməsində anketlərdən istifadə olunacaq”.
Separatçıların rəsmisi Qarabağ köçmək istəyən ermənilərin bütün nəqliyyat xərclərini də ödədiklərini qeyd edib.
Xatırladaq ki, iyul-avqust aylarında Livandan Ermənistan 500-dən artıq erməni daimi yaşayış üçün köç edib”.

Növbəti "150 min erməni qaçqın" probleminin gündəmə gətirilməsi

Qarabağ adlı problem artıq bitib. Amma Türkiyə və Azərbaycan birliyini, qardaşlığını həzm edə bilməyən bəzi ölkələr, beynəlxalq qurum və təşkilatlar, senatorlar və konqresmenlər “Qarabağ” adlı növbəti problemin varlığına start veriblər. “Erməni qaçqınların”uydurulmuş sayı haqqında ağıllarına gələni danışmaqla növbəti bir münaqişəyə yol açırlar.
Məsələn ölkəmizə qarşı ədalətsiz yanaşması və ermənipərəst mövqeyi ilə seçilən Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Azərbaycana qarşı qərəzli olduğunu heç vaxtgizlətməyib. Beləki, Ermənistan tərəfi 100 min nəfər olduğunu iddia etsə də, Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Qarabağdan bir həftə ərzində 150 min insanın evlərini tərk etməsini dedi.

Bax elə o gündən Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilməsi, bəyanatlar yayılması sürətləndirildi.
Fransa, ABŞ konqresmenləri Azərbaycan üzərinə hərəkətə keçdilər və “er-mənilərin Qarabağa qayıdı¬şı” iddiasını irəli sürməyə başladılar.
Hələlik heç bir “uğur”a nail olmayan dünya ermənipərəstləri milçək kimi ürəkbulandırmaqda davam edirlər.
Suriyadan, Livandan köçürülərək qeyri qanuni şəkildə Qarabağa yerləşdirilmiş ermənilər növbəti bir problemə səbəb olublar.


Əntiqə Rəşid
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:361
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri