Icma.az
close
up
RU
Bəzən az bal yığan başqa ixtisas üzrə qəbul ola bilər, amma... Ekspertdən AÇIQLAMA

Bəzən az bal yığan başqa ixtisas üzrə qəbul ola bilər, amma... Ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

 Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli incəsənət məktəblərinə qəbul prosesi ilə bağlı cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi.

Onun sözlərinə görə, bu proses sırf konkurs prinsipi əsasında həyata keçirilib və hər bir namizəd topladığı nəticəyə uyğun qiymətləndirilib:

“2025–2026-cı tədris ili üçün incəsənət məktəblərinə ümumilikdə 18862 nəfər müraciət edib. İyun ayında keçirilən imtahanlarda isə 16252 namizəd iştirak edib. Burada əsas məsələ yerlərin məhdud olmasıdır. Yerlərin məhdud olduğu halda təbii olaraq keçid balları formalaşır və namizədlər topladıqları nəticəyə görə sıralanır. Bu, eyni universitetlərə qəbul sistemində olduğu kimidir: kim yüksək bal yığırsa, üstünlük qazanır. Burada heç bir ədalətsizlikdən söhbət gedə bilməz”.

Əmrah Həsənli bildirdi ki, bəzən valideynlər belə fikirlər səsləndirirlər ki, “mənim övladım yüksək bal yığdı, amma ondan az bal toplayan qəbul olundu”. Onun fikrincə, bu, ümumi prosesin təhrif olunmuş qiymətləndirilməsidir:

“Unutmaq olmaz ki, hər ixtisas üzrə rəqabət ayrı-ayrılıqda gedir. Namizədlər öz seçimlərinə uyğun şəkildə yarışırlar. Bu il, məsələn, təkcə fortepiano ixtisası üzrə 9 min nəfər müraciət edib. Təbii ki, bu qədər müraciətin hamısını qəbul etmək mümkün deyil. Ona görə də həmin istiqamətdə daha ciddi seçim aparılıb və güclü rəqabət olub. Demək ki, bəzən az bal yığan başqa ixtisas üzrə qəbul ola bilər, amma yüksək bal yığan fərqli ixtisas üzrə yer tuta bilməz. Yəni hər ixtisasın öz daxilində keçid balı formalaşır”.

Ekspert qeyd etdi ki, Mədəniyyət Nazirliyi prosesdə birbaşa seçim aparan qurum deyil, sadəcə nəzarətçi rolunu oynayır:

“Seçimlər namizədlərin nəticələri əsasında formalaşır. Nazirliyin işi isə bu prosesin şəffaflığını təmin etməkdir. Əgər texniki yanlışlıqlar baş veribsə, onlar araşdırılır, lakin ümumi prinsip dəyişmir – seçimlər sadəcə nəticələrə əsasən aparılır”.

Sonda Əmrah Həsənli incəsənət təhsilinin əhəmiyyətini vurğuladı:

“Dünyada çox az ölkədə incəsənət təhsili ödənişsiz formada təşkil olunur. Azərbaycan isə bu baxımdan seçilən ölkələrdəndir. Bu da dövlətimizin mədəniyyətə, incəsənətə və gənclərin yaradıcılıq inkişafına verdiyi böyük dəyərin göstəricisidir. Əminəm ki, bugünkü seçimlər sabahın böyük sənətkarlarını formalaşdıracaq”.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri