Icma.az
close
up
RU
“Bəzi kişilərin aqressiyası mənəvi pozğunluqlardan qaynaqlanır” Sosioloq

“Bəzi kişilərin aqressiyası mənəvi pozğunluqlardan qaynaqlanır” Sosioloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Boşanma iki insanın birgə həyat yolunun sona çatması demək olsa da, bəzən bu ayrılıq sadəcə emosional deyil, həm də təhlükəli nəticələrə səbəb olur. Xüsusilə də bəzi kişilərdə boşandıqdan sonra yaranan aqressiya qadınlara qarşı zorakılıq, təhdid və hətta ölüm halları ilə nəticələnə bilir.

Bir neçə gün öncə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayevanın keçmiş həyatı yoldaşı tərəfindən bıçaqlanması da buna misal olan hadisələrdəndir.

Bəs niyə kişilər boşandıqları həyat yoldaşlarına belə münasibət bəsləyirlər?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən sosioloq Elçin Bayramlı qeyd etdi ki, son dövrlərdə bu kimi hadisələrin sayı artıb:

"Bunun da çoxsaylı səbəbləri var. Burada müxtəlif faktorlar mövcuddur və hər birinə ayrıca baxmaq lazımdır. Səbəblər çox rəngarəngdir. Boşanmadan sonra tərəflər arasında münasibətlərin gərgin qalması, maddi yük məsələləri, aliment, pul problemləri, həmçinin kişinin narkomaniya və ya alkoqol asılılığında olması kimi amillər buna səbəb ola bilər. Səbəblərdən ən əsaslarından biri də əxlaqsızlıq halları ilə bağlıdır. Bəziləri deyə bilər ki, boşanmış kişi keçmiş həyat yoldaşına bu barədə heç nə deyə bilməz. Lakin bu, belə deyil. Çünki kişi qadından boşanıb, amma öz doğma uşaqlarından boşanmayıb. Əgər bu vəziyyət uşaqların həyatına, təhlükəsizliyinə, mənəviyyatına zərər verirsə, ana nə qədər ayrı yaşasa da, o uşaqların atası yenə də həmin kişidir. Ata uşaqlarından heç vaxt ayrılmır, onların böyüməsi, inkişafı, sağlamlığı və tərbiyəsi həm də onun məsuliyyətidir. Üstəlik, o, aliment ödəyirsə, bu məsuliyyət bir qədər də artır".

Ekspert əlavə etdi ki, bəzi qadınlar var ki, öz qızlarının gözləri qarşısında əxlaqsız davranışlar nümayiş etdirirlər, evin içində pozğunluq edirlər və potensial olaraq öz qızlarını da bu yola sövq edirlər. Belə halları heç bir kişi qəbul edə bilməz. Ata mütləq şəkildə buna müdaxilə etməlidir.

"Bəzi hallarda ata dəfələrlə xəbərdarlıq edir ki, “mənim qızımın gözləri qarşısında sən evdə fahişəxana aça bilməzsən, bədənini sata bilməzsən, qızımı pozğunluğa sövq edə bilməzsən”. Əgər qadın bu xəbərdarlıqlara məhəl qoymursa, vəziyyət bəzən çıxılmaz hal alır və faciə ilə nəticələnir. Əlbəttə, heç kim durduğu yerdə kimisə öldürmür. İstisnalar var, bəziləri ağır dərəcədə narkoman, alkoqol asılılığında, yaxud psixi xəstə ola bilər. Amma bu kimi hallarda da cəmiyyətdə, mediada və psixoloqlar arasında yalnız qadın tərəfdən yanaşma müşahidə olunur. Heç kim uşaqların taleyi ilə maraqlanmır. Bəzi qadınlar, doğrudan da, öz qızlarını pozğunluğa sürükləyir, evdə əxlaqsızlıqla məşğul olur, hətta bəzən azyaşlı qızlarını başqa kişilərə satırlar. Bu hallar baş verərkən cəmiyyət susur, amma hadisə faciəvi sonluqla bitəndə hamı yalnız “qadın qətlə yetirilib” deyə danışır. Halbuki məsələnin kökündə çox daha ağır mənəvi pozğunluq dayanır", - deyə sosioloq bildirdi.

Müsahibimiz vurğuladı ki, qadınların da müəyyən sərhədləri bilməsi vacibdir:

"Son vaxtlar ərli qadınların əxlaqsızlıq hallarının artması namus cinayətlərinə səbəb olur. Heç kim sual vermir ki, niyə bir qadın belə davranmalıdır? Niyə ailəsini, ərini, uşaqlarını rüsvay etməlidir? Əgər kişi bu vəziyyətə etiraz edirsə, dərhal “cinayətkar” adlandırılır. Amma məsələnin mənəvi tərəfi gözardı edilir. Bəli, bəzi hallarda heç bir əsas olmadan törədilən qətllər var, bu, açıq şəkildə cinayətdir və qanun qarşısında cəzasını almalıdır. Amma əgər hadisənin kökündə uşaqların pozulması, əxlaqsızlığa sövq edilməsi və ya ailənin mənəvi dəyərlərinin tapdanması dayanırsa, o zaman məsələni hərtərəfli araşdırmaq lazımdır. Qanunlarımız bu cür hallara qarşı bəzən çox loyal davranır. Xəyanət, əxlaqsızlıq və mənəvi pozğunluğa qarşı cəza mexanizmləri zəifdir. Əgər bir qadın bu yolla yaşamaq istəyirsə, gərək əvvəlcə boşansın, sonra istədiyi kimi davransın. Amma evli halda, yaxud qız uşağının gözü qarşısında belə davranmaq nə hüquqi, nə mənəvi, nə də sosial baxımdan yolverilməzdir. Bu, əslində, daha böyük cinayətdir, uşaqların mənəvi məhvi. Təəssüf ki, buna heç kim diqqət yetirmir. Halbuki bu, cəmiyyətin gələcəyi üçün ən təhlükəli haldır".

Elçin Bayramlının sözlərinə görə, əgər bu hallara qarşı qanuni tədbirlər görülməzsə, namus cinayətləri də davam edəcək. Çünki Azərbaycan kişisi üçün namus və qeyrət həyatda ən ali dəyərdir. Əgər qadın bu dəyərləri tapdalayırsa, nəticədə faciə baş verir.

"Məsələyə təkcə mənəvi yox, həm də sosial və hüquqi tərəfdən yanaşmaq lazımdır. Narkomaniya, alkoqolizm, psixi xəstəliklərin qarşısı alınmalıdır. Belə şəxslər ailə qurmazdan əvvəl ciddi müayinədən keçməli, təhlükə yaradırsa, müalicə olunmalıdır. Cəmiyyətdə sağlam mənəvi mühit yaradılmalıdır. Bizim milli, mənəvi dəyərlərimiz əsasında formalaşmış ailə modeli uzun illər xalqımızın dayağı olub. Son illərdə “müasirlik” və “azadlıq” adı altında bu dəyərlər dağıdılıb, nəticədə ailə institutunun zəifləməsi, əxlaqsızlığın artması və faciələrin çoxalması müşahidə olunur. Belə hadisələrin azalmasını istəyiriksə, həm mənəvi, həm sosial, həm də hüquqi baxımdan köklü tədbirlər görülməlidir. Yalnız milli dəyərlərə əsaslanan sağlam cəmiyyət qurulduğu təqdirdə bu faciələrin qarşısını almaq mümkün olacaq".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see212

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see146

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see142

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see138

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see137

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see135

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see134

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see130

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see129

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see128

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see127

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see126

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see124

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see122

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see122

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see121

DTX nin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar Məhkəmə

08 Oktyabr 2025 09:16see120

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see120

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see116

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri