Icma.az
close
up
RU
Bəzi qurumların sözçüləri mediaya xəbərləri ayrıseçkiliklə ötürürlər

Bəzi qurumların sözçüləri mediaya xəbərləri ayrıseçkiliklə ötürürlər

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir sıra qurumların mətbuat xidmətlərinin media subyektləri ilə operativ əlaqədə olmaması, jurnalistlərə lazımi məlumatların vaxtında və dolğun çatdırılmaması ilə qarşılaşırıq. Bu kimi hallar jurnalistlərin doğru informasiyanı tez zamanda cəmiyyətə ötürməsində maneələr yaradır.

Modern.az-a danışan media eksperti Azər Həsrət bildirib ki, mətbuat xidmətləri bir qayda olaraq informasiya təminatının önündə getməlidir:

“Əlbəttə ki, bu yöndə uğurlu fəaliyyət göstərən mətbuat xidmətlərimiz yox deyil. Amma bəzi mətbuat xidmətləri də çox ciddi şəkildə axsayır. Yəni faktiki olaraq informasiyanı düzgün şəkildə operativ çatdırmaq üçün nəinki çalışmır, eyni zamanda buna mane olmağa belə cəhd göstərirlər. Mətbuat xidmətləri nə etməlidir deyə sual veriləndə düşünürəm ki, informasiya məsələsində zamanı qabaqlamağı bacarmalıdır. Konkret bir şirkət, dövlət qurumu, siyasi partiya, ictimai birlik ola bilər ki, onların mətbuat xidmətləri özləri ilə bağlı olan, cəmiyyətdə bu vəya digər şəkildə diqqət çəkə biləcək informasiyaları əvvəlcədən duymağı bacarmalıdırlar”.

Ekspert qeyd edib ki, bəzən hansısa informasiyalar cəmiyyətə sızdırıldığı, cəmiyyətə ötürüldüyü müşahidə edilir:

“Çox zaman da bu informasiyalar məqsədli, yalan olur. Belə informasiyaların yayılması da ajiotaja səbəb olur. Ondan sonra da mətbuat xidmətləri təkzibə başlayır yaxud da qeyri-rəsmi şəkildə media qurumlarına zəng edərək yayılmış xəbərin silinməsini xahiş edirlər. Əlbəttə ki, bu iş üsulu deyil. Mən həmişə demişəm ki, özünə əmin olan, öz işində şəffaflıqdan qorxmayan, pis əməllərə bulaşmayan qurumların mətbuat xidmətləri hər şeyin önündə gedirlər”.

A.Həsrətin sözlərinə görə, elə qurumlar da var ki, mediaya xəbərləri ayrı-seçkiliklə ötürürlər:

“Bəzi qurumlar informasiyaları nisbətən güclü, geniş əhatəli media subyektlərinə xəbərləri göndərir, bir müddət sonra başqa media qurumlarına göndərilir. Mətbuat xidmətinin bu cür fəaliyyət göstərməsi etik deyil. Bu cür nüansları nəzərə alsaq, mətbuat xidmətləri daha effektiv fəaliyyət göstərə və xəbər xidmətinin önündə gedə bilərlər. Bu çətin məsələ deyil, sadəcə bunun üçün istək, şəffaflıq, işləmək həvəsi lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see213

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see208

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see153

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri