Icma.az
close
up
RU
Müəllimdən sensassion müsahibə: “Kurslara, özəl müəssisələrə sual ötürürlər”

Müəllimdən sensassion müsahibə: “Kurslara, özəl müəssisələrə sual ötürürlər”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2025-ci il müəllimlərin işə qəbulu (MİQ) imtahanının test mərhələsi 3-10 iyul tarixlərində keçirildi. 

İmtahanlar 19 şəhərdə, 44 imtahan mərkəzində təşkil olundu və 65 572 namizəd iştirak etdi. 

Qeyd edək ki, test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. 

Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirilib. Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Ancaq imtahan başa çatdıqdan sonra sosial şəbəkələrdə bəzi müəllimlər imtahan zamanı bəzi sualların səhv tərtib olunması ilə bağlı fikirlər səsləndiriblər. İmtahanda bir neçə sual səhv olduğunu iddia edənlərdən biri də tarix müəllimi Samir Bəşirlidir. 

"Cebheinfo.az" onun “Cümhuriyət”-ə müsahibəsini təqdim edir:

“Onlardan biri mənə etiraf etmişdi ki, bu sualların ikisi səhvdir”

- Siz tarix fənni ilə bağlı MİQ imtahanında bəzi sualların yanlış tərtib olunduğunu deyirsiz və hətta bugünlərdə bununla bağlı MÜTDA rəhbəri Eşqi Bağırovlagörüşmüsüz. Bu görüşdə hansı nəticə əldə olundu?

- Mən tarix müəllimi olmaqla yanaşı, MİQ imtahanına hazırlıqla məşğul oluram. Bu gün mənim yüzlərlə müdavimim məktəblərdə tədrislə məşğul olur. 2018-ci ildən mən bu işin içindəyəm. Suallarla tanış olmaq üçün özüm hər il MİQ imtahanında iştirak edirəm. 

Mən imtahanın gedişi zamanı bildirdim ki, suallar səhv tərtib olunub. Sualların iki cavabı var, yaxud cavabı yoxdur. Bunu yalnız mən demirəm, yüzlərlə tarix müəllimi deyir. Bu yaxınlarda 55 tarix müəllimi cənab Prezidentə müraciət ünvanlamışıq. 

Mən MÜTDA-nın direktoru Eşqi Bağırovla görüşdüm və o bildirdi ki, ekspertlərin fikrinə etimad etməyə məcburdur, çünki özü tarix müəllimi deyil: “Biz MİQ imtahanını keçirməyə məsul qurum olsaq da sualları Təhsil İnstitutuna sifariş veririk. İnstitut sualları təsdiqləyib verir, bizdə imtahana salırıq. Yəni o sualların səhv olmasına görə məsuliyyət daşımırıq”. Mən ona sual verdim ki, bu suallar 100 faiz səhvdir və sizə yazılı ərizə ilə də müraciət etdim. O, həmin ərizəni oxuduğunu bildirdi. 

Mən dedim ki, bəs nə üçün həmin ekspertlərlə mənim görüşümü təşkil etmədiniz, bəlkə mən doğru deyirəm? Direktor da bu görüşün təşkil olunacağını bildirdi. Ancaq mən Eşqi Bağırovla görüşə qədər də MÜTDA-da görüşüm olmuşdu və orada da “səhv sualların düşməsini istəmədiklərini, görüşün təşkil olunacağınıbildirmişdilər. Ancaq bunu etmədilər. 

Belə bir görüş təşkil etsələr, daha yaxşı olar, orada fikrimizi deyərik. Göstərərik ki, suallar səhvdir. Bununla bağlı artıq 20 nəfərdən rəy almışıq ki, onların sırasında professor, dosentlər də var. Yəni tarix üzrə alimlər də elmi rəyləri veriblər ki, mən onları məhkəməyə təqdim edəcəyəm.

Bir nüsxəsini də Prezident Aparatına göndərmişəm. Təhsil İnstitutunda sualları hazırlayanlar da tarix müəllimləridir. Hətta onlardan biri mənə etiraf etmişdi ki, bu sualların ikisi səhvdir. Ən azından o iki sualı düzəldə bilərdilər. 

“Tarix müəllimlərinin bir qruplaşması var”

-Əgər sualların səhv olduğunu etiraf edirlərsə, bu, imtahanda iştirak edən müəllimin gələcəyi üçün problem yaratmaq deyilmi?

- Məsələ ondadır ki, sualları elə tərtib etməkdə maraqlar var. Tarix müəllimlərinin bir qruplaşması var. Ona görə o sualları elə hazırlayırlar. Mən onların yerinə olsaydım, bir və yaxud iki sualın səhv olduğunu etiraf edərdim ki, ziyanın yarısından da qayıtmaq xeyirdir. Heç olmasa, haqsızlıq az da olsa, düzələrdi. Bizdə ona görə məhkəməyə müraciət etmişik.

“Təhsil İnstitutunun ekspertləri kurslara, özəl müəssisələrə sual ötürürlər”

-Əgər müəllim MİQ imtahanından kəsilirsə, qeyd etdiyiniz müəllim “qrupu” bundan nə əldə edir?

-Mənim bunu iddia etməyə kifayət qədər əsasım var. Dəfələrlə olub ki, Təhsil İnstitutunun ekspertləri hansısa kurslara, özəl müəssisələrə sual ötürürlər. Bu, riyaziyyat fənnində sübut olunub. Bunu özləri etiraf ediblər. Eşqi Bağırov mənimlə görüşdə də dedi. Bildirdi ki, həmin ekspertlərlə bağlı prokurorluğa müraciət edib. 

Tarix dəqiq elm deyil. Dərslikdə dəqiq məlumat olmayan mövzularla bağlı həmin vəsaitlərdə müəllimlər öz şəxsi fikirlərini irəli sürürlər. Məsələn, XorasanınXudabəndə dövründə işğal olunması ilə bağlı bəzi dərsliklərdə, repetitorlar tərəfindən çıxarılan vəsaitlərdə bu fikirlər yer alır. 

İmtahana sual salanlar da o vəsaiti hazırlayanlarla, kurslarla əlaqəli adamlardır. Belə ki, o sualları hazırlayırlar, kurslara ötürürlər və məqsəd odur ki, o kurslarda hazırlaşanlar yaxşı yazsınlar. Sabah da MİQ imtahanlarında desinlər ki, hamı zəif yazdı, bir bizimkilər doğru yazdılar. Yəni reklam hesabına özlərinə adam toplasınlar. 

Mən bunu ehtimal edirəm və kifayət qədər əsas var. Biz də istəmişik ki, bu məsələ araşdırılsın. Əgər həqiqətən səhv yoxdursa, mənimlə üzləşməkdən niyə qorxurlar? Qarşılıqlı olaraq faktlarımızı ortaya qoyaq. Artıq bunu etmirlərsə, demək, onların marağı var, bilirlər ki, mənimlə görüşəndə sübut edə bilməzlər, məsələni ört-basdır edirlər. 

“Həmin ekspertlərin bilik səviyyəsi aşağıdır”

-Yəni sualları hazırlayan ekspertlər kurslarla işbirliyinə gedirlər?

-Bu, indiyədək sübut olunmuş faktdır. Başqa fənlərdəsübut edilib, tarix fənni ilə bağlı olmayıb. Mən tarixlə bağlı birbaşa iddia etmirəm. Ancaq bunu etməyə kifayət qədər əsas var.  Çünki oradakı sualların cavabları bəzi ayrı-ayrı şəxslər tərəfindən çıxarılan tarix vəsaitlərində eynilə qeyd olunub. Halbuki  səhvdir. O ekspertlər sualı səhv olması üçün imtahana salmayıblar. Onlar onu doğru bilib salıblar. Mən iddia edirəm ki, həmin ekspertlərin özlərinin bilik səviyyəsi aşağıdır. Minlərlə insanın taleyini həll edən şəxs orada olmamalıdır. 

-Məhkəmə prosesi baş tutsa belə, artıq işlə bağlı həmin yerlərə imtahandan keçmiş şəxslər müəyyənləşir. 

“Kompensasiya da tələb edə bilərik”

-Məhkəmənin qərarı bu sahədə növbəti problem yaratmayacaqmı?

- Bizim istədiyimiz həmin o 4 sualın düzəldilməsi deyil. Çox gözəl bilirik ki, məhkəmə aylarla uzana bilər. Onsuzda artıq bu nəticəni dəyişə bilmərik. Məhkəmə operativ olsaydı, bu iş daha tez həll oluna bilərdi. Məsələn, məhkəmədə müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsi ilə bağlı iddia irəli sürmüşük. Onu təmin etsəydilər, bu vakansiya seçimi dayandırıla bilərdi. Bu da nazirliyə təzyiq olardı. 

Ancaq biz illüziya qurmuruq və bilirik ki, builki vakansiya seçimində bu olmayacaq. Ancaq bunun növbəti illərdə təsiri ola bilər. Ən azından, Təhsil İnstitutu sualların səhv olduğunu etiraf edəcək. Ehtiyac olarsa, bizə vurduqları maddi və mənəvi ziyana görə kompensasiya da tələb edə bilərik. Bizim əsas məqsədimiz odur ki, həmin şəxslər Təhsil İnstitutundan uzaqlaşdırılsın. 

Eləcə də sual salanda min dəfə fikirləşsinlər ki, belə dolaşıq sualla bağlı özümüz də dolaşa bilərik. İstəyirik ki, etdikləri əməlin hüquqi məsuliyyətini daşısınlar. Gələcəkdə tarix fənnindən sertifikasiya imtahanı olacaq. Kimya, Azərbaycan dili və ədəbiyyat imtahanının başına gətirilən oyunlar tarix müəllimlərinin başına gətirilməsin. Onların özlərinin elan etdiyi prinsiplər var. 

2011-cu ildə “Kuriklum” jurnalında dərc olunan məqalələri var. Orada bunlar prinsip elan edirlər və “Test hazırlanmasının bəzi prinsipləri” adlı məqalələri var. O məqaləyə uyğun test hazırlasınlar. Məqsədimiz odur ki, onlar çətin sual salaraq müəllimləri dolaşdırmağı düşünməsinlər. Mən tarix sualını bir professora verdim, o, suala səhv cavab verdi. Halbuki Səfəvilər tarixini özü araşdırıb, tədqiqat sahəsidir. 

Həmin alimə əsaslanıb dərslik yazıblar. Mənə verdikləri cavabda da həmin alimə istinad edirlər. Amma onların fikrincə, səhv cavab verdi. Alimin seçdiyi cavabı səhv götürmüşdülər. Biz istəyirik ki, ümumiyyətlə, bu imtahanlar Təhsil İnstitundan alınsın. 

Dövlət İmtahan Mərkəzində də məsələ o qədər şəffaf deyil. Onsuzda eyni ekspertlər həm Təhsil İnstitutunda, həm DİM-də var. Ancaq biz bu imtahanların DİM tərəfindən keçirilməsinin tərəfdarıyıq. Az da olsa, bu məsələ ilə bağlı orada şəffaflıq var. Bir-birilərinin üstünə atmırlar. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see178

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri