Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb FAKTİKİ HAVA
Hurriyyet-dan verilən məlumata görə, Icma.az xəbər edir Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb FAKTİKİ HAVA.
Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)