Bəzi universitetlərin məqsədi təhsil vermək yox, pul qazanmaqdır Deputat
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir qismi ştata müəllim götürməkdən yayınır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, bəzi özəl universitetlər isə ümumiyyətlə ştata müəllim götürmürlər:
"Misal olaraq, müəllimlə 15 sentyabr–15 yanvar tarixlərində 4 aylıq, bir aylıq fasilədən sonra yenə də həmin müddətlik müqavilə bağlanılır. Nəticədə müəllimə 15 yanvar-15 fevral və 15 iyun-15 iyul tarixlərində iki aylıq əməkhaqqı və məzuniyyət pulunu ödəməkdən yayınırlar. Müəllimin əməyinə bu cür qiymət verən universitetin məqsədi yəqin təhsil vermək yox, pul qazanmaqdır. Hesab edirəm ki, bu cür hallar Əmək qanunvericiliyinin tələblərinin və müəllimlərin hüquqlarının pozulmasıdır. Ona görə bu cür halların qarşısı alınmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















