Icma.az
close
up
RU
Müasir texnologiya uşaqların tərbiyəsinə necə təsir göstərir?

Müasir texnologiya uşaqların tərbiyəsinə necə təsir göstərir?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə texnologiya insan həyatının demək olar ki, bütün sahələrinə nüfuz edib. İnternet, sosial şəbəkələr, rəqəmsal platformalar, onlayn oyunlar və mobil cihazlar artıq həm böyüklərin, həm də uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 

Bu inkişaf bir tərəfdən öyrənmə imkanlarını artırır, ünsiyyət yollarını genişləndirir və əyləncə formalarını zənginləşdirir. Digər tərəfdən isə, nəzarətsiz və balanssız istifadə nəticəsində xüsusilə uşaqların psixoloji, sosial və mənəvi inkişafına mənfi təsirlər göstərir.

Mütəxəssislər vurğulayırlar ki, valideyn nəzarətinin zəifləməsi, internetdə təhlükəli kontentə asan çıxış, həmçinin uşaqların virtual aləmdə həddindən artıq zaman keçirməsi onların real sosial münasibətlərini zəiflədir, dəyərlər sistemini dəyişdirir və tərbiyə prosesində boşluqlar yaradır.  Pepperoni pizza

Fiziki sağlamlığa təsir edən problemlər - göz zəifliyi, fəqərə əyrilikləri, diqqət yayınıqlığı  ilə yanaşı, mənəvi sahədə də hörmət, məsuliyyət, empati kimi dəyərlərin kölgədə qalması müşahidə olunur.

Belə bir vəziyyətdə mütəxəssislər texnologiyanın uşaqların həyatında hansı mövqedə dayanmalı olduğunu, valideyn və müəllimlərin bu prosesdə üzərinə düşən məsuliyyəti və balanslı istifadənin yollarını gündəmə gətirirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı insan həyatına müsbət təsir göstərsə də, onun yanlış istifadəsi uşaqlar üçün təhlükəli nəticələr doğura bilər:

“Bəşər övladının son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri texnologiya sahəsindədir. Telefon və digər texnoloji vasitələr həyatımıza müsbət formada daxil olub. 

Amma təəssüf ki, onlardan düzgün istifadə olunmadıqda, bu, uşaqların tərbiyə prosesinə mənfi təsir edir. Xüsusilə yay aylarında məktəb olmadığı üçün uşaqlar günlərini telefon və televizor qarşısında keçirirlər. Bu isə göz zəifliyi, fəqərə sümüyünün əyilməsi, diqqət yayınıqlığı kimi ciddi fəsadlara gətirib çıxarır”.

Deputat hesab edir ki, problemin qarşısını almaq üçün alternativ məşğuliyyət imkanları yaradılmalıdır:

“Düşünürəm ki, bu problemlərin qarşısını almaq üçün çıxış yollarından biri yay düşərgələrinin fəaliyyətini bərpa etməkdir. Əvvəllər belə düşərgələrin sayı çox idi, indi isə demək olar ki, yoxdur. 

Uşaqlar evdə tək qalır, valideynlər isə işdə olur. Nəticədə onların başqa məşğuliyyəti qalmır və bu, gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Bütün bu halların qarşısını almaq üçün alternativ çıxış yolları tapmaq vacibdir”.

Məsələyə münasibət bildirən psixoloq Zeynəb Əyyubova bildirib ki, texnologiyanın balanssız istifadəsi uşaqların mənəvi və sosial inkişafına mənfi təsir göstərir:

“Texnologiya artıq həyatımızın mərkəzinə çevrilib. Uşaqlar telefon, planşet və internet vasitəsilə bilik alır, ünsiyyət qurur, əylənirlər. Lakin balanssız istifadə real münasibətlərdə çətinlik, empatiya qabiliyyətinin zəifləməsi, özünə qapanma kimi hallara səbəb ola bilər. Hörmət, səbir, birlik, məsuliyyət kimi dəyərlər texnologiya qarşısında kölgədə qalır. 

Əgər valideyn nəzarəti yoxdursa, uşaq aqressiv kontentə və yanlış rol modellərə məruz qalır. Bu da tərbiyədə ziddiyyət yaradır və uşaq ailəsi ilə deyil, ekranla vaxt keçirməyə üstünlük verir”.

Psixoloq vurğulayıb ki, uşaqların texnologiyadan istifadəsi valideyn nəzarətində olmalı və düzgün istiqamətləndirilməlidir:

“Texnologiya tədricən valideynin və müəllimin funksiyasını üzərinə götürür. Əgər uşaq saatlarla telefonda vaxt keçirirsə, bu, valideyn və ya müəllimin onunla kifayət qədər keyfiyyətli zaman keçirmədiyini göstərir. 

Uşağın sevgi, qayğı və diqqət kimi psixoloji ehtiyacları real həyatda qarşılanmazsa, o, bu ehtiyacların virtual təmininə yönəlir.

Sosial media vasitələri və texnologiyadan istifadə dəyərləri öyrədilən deyil, yaşadılan anlayışlardır. Amma bu vasitələrdən nəzarətsiz və həddindən artıq istifadə risklidir. Xüsusilə məktəbyaşlı uşaqlar üçün. 

Burada kiberzorakılıq, özgüvən problemləri, real həyatla əlaqənin zəifləməsi kimi ciddi məsələlər var ki, bütün bu hallar uşaq psixologiyasına təsir edir. Sosial şəbəkələr düzgün istiqamətlə istifadə olunarsa, uşağın dünyagörüşünü artırır, amma nəzarətsiz və həddindən artıq istifadə risklidir. Ən vacibi nüans qadağa qoymaq yox, düzgün istifadə qaydasını öyrətmək və birlikdə istifadə mədəniyyətini formalaşdırmaqdır”.

Aydan Hacı 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see222

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see185

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see177

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see161

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri