Bəzi xəstəliklərin icbari tibbi sığorta hesabına olmaması narazılıq yaradır Komitə sədri
Icma.az, Anews portalına istinadən məlumat yayır.
Bir sıra xəstəliklərin icbari tibbi sığortaya daxil olmaması əhali arasında narazılıq yaradır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.
"İcbari Tibbi Sığorta vasitəsilə əhaliyə göstərilən xidmətlərin kefiyyəti və kəmiyyəti artıb. İnsanların bu xidmətlərə də marağı artıb. Artıq müayinələri də icbari tibbi sığorta hesabına icra etmək mümkündür. Amma bəzi xəstəliklər var ki, onların icbari tibbi sığortaya daxil olmaması haqlı narazılıq yaradır. Bu istiqamətdə bəzi islahatlara ehtiyac var", - komitə sədri bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















