Icma.az
close
up
RU
Bicar Güney Azərbaycandan ayrı düşən şəhərimiz ARAŞDIRMA

Bicar Güney Azərbaycandan ayrı düşən şəhərimiz ARAŞDIRMA

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Azərbaycandan ayrı düşən Bicar şəhəri” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Dağlar qoynunda bir şəhər

Bicar yaxın tarixə qədər Azərbaycanın tərkib hissəsində olsa da, hazırda İranın Kürdüstan əyalətinin tərkibindədir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. “Güney Azərbaycanda yer adlarının farslaşdırması” başlıqlı yazımızda qeyd etdiyimiz kimi 1925-ci ildə İranda Rza Şah (Pəhləvi) taxta oturandan sonra mərkəzi hökumət yeni ölkə bölgüləri bəhanəsi ilə Azərbaycanı parçalayıb yeni ostanlar (əyalətlər) yaradaraq Azərbaycan adını bir çox yerin üstündən qaldırdı. Məsələn, bu gün ölkənin rəsmi idarəçilik və inzibati bölmələrində və şəhər və vilayət adlarında Zəncan, Qəzvin, Həmədan, Əlburz və Ərdəbil kimi ostanlar (əyalətlər) Güney Azərbaycanın tərkib hissəsi sayılmır və Azərbaycan adı yalnızca Şərqi Azərbaycan və Qərbi Azərbaycan deyilən iki ostanın üstündə qalmaqdadır! Bu arada, Güney Azərbaycanın Astara, Bicar (Gərus), Qurvə, Sonqur, Saqqız kimi bəzi tarixi şəhərləri başqa ostanlar (əyalətlər) arasında pay-bölüş olunub. Əslində, Bicar şəhəri Azərbaycan tərkib hissəsindən çıxarılmış olsa da, coğrafi mövqeyinə görə üç tərəfdən Azərbaycan torpaqlarına bitişikdir. Belə ki, güneydən tarixən Azərbaycan şəhəri sayılsa da, hazırda Bicar kimi Azərbaycanın tərkib hissəsindən çıxarılıb Kürdüstan əyalətinə daxil edilmiş Qurvə şəhəri şimal–şərqdən Zəncan əyaləti, şimal-qərbdən Qərbi Azərbaycan əyalətinin Tikan Təpə (Tikab) şəhəri, cənub-şərqdən isə Həmədan əyaləti ilə həmsərhəddir.

Bicar (Gərus) şəhəri əslində Bicar rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Top Ağac, Yasukənd, Pir tac kimi qəsəbələri ilə əhatə olunub. Güney Azərbaycanın bir çox şəhərləri kimi Bicar da soyuq və quru iqlimi olan dağlıq ərazidə yerləşir. Elə ki, dağlar onun qonşu şəhərlərlə təbii sərhədini təşkil edir. Soyuq, şaxtalı qış və isti, quraq yay bu iqlimin xüsusiyyətləridir. Bu şəhər ətraf kəndləri ilə birlikdə 100 minə yaxın əhaliyə malikdir və hazırda Kürdüstan əyalətinin mərkəzi olan Sənəndəc şəhərindən sonra bu əyalətin ən böyük və ən sıx məskunlaşan şəhəri hesab olunur. Lakin Güney Azərbaycanın bir çox şəhərləri kimi yerli sakinlərin, xüsusən də gənclərin işləmək üçün Tehran kimi şəhərlərə köçməsi bu şəhərdə də ciddi problem kimi hesab edilir.

Bicar tarixin gedişatında

Azərbaycanın bir çox şəhərləri kimi Bicarın da qədim tarixi var. Bəzi tarixçilər, o cümlədən “Midiyanın tarixi” kitabının müəllifi İqor Mixayloviç Dyakonov şəhərin tarixini Midiya dövrü ilə əlaqələndirir. Elizabet Nauman Bicarı Azərbaycan paytaxtı ilə Midiyanın paytaxtı Ekbatanı birləşdirən yolun son mərhələsi hesab edir. Dyakonov və Naumanın araşdırmalarına görə, Bicar kiçik Midiya krallığının bir hissəsi hesab olunurdu. Buna görə də Bicar Midiya dövründə iki Midiya (böyük və kiçik Midiya) paytaxtı arasındakı sərhəddə yerləşdiyinə görə Midiya padşahlarının marağına səbəb olub. Midiya dövründən sonra şəhərin əhəmiyyəti azalsa da, tarixi sənədlər sonrakı dövrlərdə də öz əhəmiyyətini müəyyən qədər qoruyub saxladığını göstərir. Moğol Elxanlıları dövründə Sultaniyyə paytaxt seçilərkən Bicar paytaxta yaxın olduğu üçün əvvəlki əhəmiyyətini bərpa etmiş və Sultaniyyə əyalətinin tərkibinə daxil edilmişdir. Təsadüfi deyil ki, bu şəhərin hər yerində moğol dövrünə aid qalıqlara rast gəlmək olar. Məsələn, Gül Qışlaq adlı kəndin yaxınlığında yerləşən və eyni adı daşıyan Gül Qışlaq körpüsü, yaxud Çəngiz Qala adlı kəndin yaxınlığında yerləşən və eyni adı daşıyan Çəngiz Qalası.

Bicarda Səlcuqlu dövrü memarlığının çoxsaylı əsərlərini görmək olar.

Tarixi sənədlərdə Gərus da adlandırılan Bicar bölgəsi xüsusilə Səfəvilər dövründə çoxlu eniş-yoxuşlar yaşayıb. Bəzi dövrlərdə yerli hökmdarların üsyanları Səfəvi hökmdarlarının sərt rəftarına səbəb olsa da, çox saylı tarixi abidələrin varlığı Səfəvilər dövründə bölgənin maraq doğurduğunu göstərir.

Səfəvilər dövründən qalan ən görkəmli abidələr arasında Gərus Çarbağı, Yengi Arx Qalası, Sələvatova Körpüsü, Sələvatova Qalası, Üç Günbəz Xan adlı daş günbəz, üst-örtülü bazar yer almaqdadır.

Bicar (Gərus) tarix boyu Azərbaycan şəhəri olub. Yuxarıda qeyd etdiyimiz kimi şəhər Azərbaycan əyalətlərinin yol ayrıcında yerləşdiyi üçün bəzi zamanlar Qəzvin əyaləti (Səlcuqlular), bəzi zamanlar Zəncan əyaləti (Moğol Elxanları), bəzi zamanlar isə Həmədan əyalətinin (Səfəvilər, Zəndiyələr, Avşarlar) tərkib hissəsində yer alıb. Qacarlar dövründə isə Bicar birbaşa Azərbaycan əyalətinin tərkib hissəsində idi və Qacar ​​vəliəhdinin nəzarəti altında idarə olunurdu. Göründüyü kimi, şəhər son min ildə həmişə Azərbaycan torpaqlarının tərkibində olub. Hətta Pəhləvilər dövründə Azərbaycanın bir çox bölgələrinin qonşu vilayətlərə birləşdirildiyi vaxtda ölkə bölgüsü qanununa görə (1938), Bicar mərkəzi Urmiya olmaqla dördüncü əyalətin tərkibində daxil edilmişdi. Qeyd etmək lazımdır ki, Rza Şah dövründə əyalətlərin tarixi adları yerinə onları ədədlərlə adlandırırdılar. Demək dördüncü əyalət deyə adlanan əyalət bugünkü Qərbi Azərbaycan əyaləti idi. Lakin 1945-1959-cu illər arasında şəhər bir daha Həmədan əyalətinin tərkib hissəsinə daxil edilib və eyni ildə Həmədan əyalətindən ayrılıb təxminən min il boyunca Azərbaycanın fərqli əyalətlərinin tərkib hissəsində yerləşməsinə baxmayaq, Kürdüstan əyalətinə pay verilib. Bu vəziyyət günümüzə qədər davam edir.

Qacarlar dövründə Bicar (Gərus) o qədər yüksək əhəmiyyət kəsb edir ki, bəzən Azərbaycan şəhərlərinin bəziləri, məsələn, Sayın Qala, Savuc Bulaq (Mahabad) və Qurvə onun inzibati strukturuna daxil edilir və şəhərin hökmdarı tərəfindən idarə olunurdu. Bu, Qacarlar dövründə bu bölgədə çoxsaylı şəxsiyyətlərin, komandirlərin və siyasətçilərin yüksəlməsinə səbəb oldu. Ancaq günümüzdə Güney Azərbaycanımızın bir çox şəhəri kimi Bicar da öz tarixi əhəmiyyətini itirib və yuxarıda da vurğuladığımız kimi işsizlik və dolanışıq çətinliyi səbəbindən bir çox əhali xüsusilə yeni nəsil Tehrana, yaxud başqa fars şəhərlərinə köçmək məcburiyyətində qalıb.

Bicar şəhərinin gəzməli-görməli yerləri

Bicar müxtəlif tarixi dövrlərdə hökmdarların marağına səbəb olan bir neçə min illik tarixə malikdir. Burada tarix həvəskarlarının ziyarət edə biləcəyi çoxsaylı tarixi abidələr və tikililər var. Qumuçqay qalası, Çəngiz (xan) qalası, Gül Qışlaq körpüsü, Sələvatova körpüsü, Sələvatova qalası, Uşqunbaba qalası, Xorxorə qalası, Üç Günbəz Xan qalası, Yengi Arx qalası, Yasukənddə yerləşən Səlcuqlular dövründən qalan Əqil İmamzadəsi, Bicarın üstüörtülü bazarı bu tarixi binalardan sayılır.

Bicarın üstüörtülü bazarı Azərbaycanın tarixi bazarlarından biri və Bicarın ən çox ziyarət edilən yerlərindəndir. Onun tarixi Qacarlar dövrünə gedib çıxır. Ənənəvi arxitekturaya malik Bicar bazarı uzun şimal-cənub xəttindən ibarətdir və burada Hacı Şahbaz və Əmir Toman bazarları yerləşir. Bicar şəhərinin köhnə parçasının mərkəzində yerləşən bu bazar əl işləri, xüsusən də xalça və kilim həvəskarları üçün ən yaxşı məkandır.

Qeyd etmək lazımdır ki, Bicar şəhərinin özünəməxsus məşhur xalça və kilimləri var. Onu da vurğulayaq ki, şəhərdə xalçaçılıq sənətinin tarixi çox qədimdir. Hazırda İranda və xaricdəki xalça muzeylərində saxlanılan çoxlu sayda qədim xalçalar Bicar ustalarının əllərinin məhsuludur.

Unutmayaq ki, Bicar bölgəsi özünün təbiəti ilə də valehedicidir. Bicar yenə də Azərbaycan mədəniyyətini, tarixini, dilini özündə mühafizə edir. Bunu biz yer adlarında, tarixi tikililərlə yanaşı, yemək adlarında, xalçaların ilmə və naxışlarında da görə bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see339

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see286

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see280

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see270

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see230

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see229

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see227

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see208

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see198

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see197

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see194

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see193

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see190

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see190

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see189

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see187

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri