Bilal Ərdoğan: Kitab bütün güclü cəmiyyətlərin təməlində əvəzolunmazdır
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Sultanbəyli rayonunda 10-cu dəfə təşkil olunan Kitab Sərgisi ziyarətə açılıb. Sərgidə çıxış edən İlim Yayma Vəqfinin Müvəkkil Heyətinin sədri Necmeddin Bilal Ərdoğan kitabın güclü cəmiyyətlərin formalaşmasındakı rolundan danışıb.
Sherg.az xəbər verir ki, 26 sentyabr-4 oktyabr tarixlərində keçirilən sərgidə 102 nəşriyyat və 70 müəllif iştirak edir. Tədbirin fəxri qonağı tarixçi-yazıçı, professor İhsan Süreyya Sırma olub.
Bilal Ərdoğan bildirib ki, uşaqlara erkən yaşda mütaliə vərdişi qazandırmaq onların ömür boyu oxuyan, araşdıran və öyrənən fərdlər kimi yetişməsinə şərait yaradır.
“Kitab bütün güclü cəmiyyətlərin təməlində əvəzolunmazdır. 5 və ya 10 yaşında uşağı mütaliə vərdişi ilə tanış edə bilsək, o uşaq ömrü boyu oxuyacaq, araşdıracaq, suallar verəcək və öyrənəcək”, - deyə Ərdoğan vurğulayıb.
O, həmçinin uşaqlara və gənclərə sərmayə qoymağın vacibliyini qeyd edərək, yaxşı nəslin və güclü gəncliyin güclü ölkə və cəmiyyət demək olduğunu bildirib.
Ərdoğan İlim Yayma Vəqfinin 50 illiyi münasibətilə 50 məktəbdə kitabxana yaratdıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, uşaqların məktəb və evdən kənar vaxtlarını faydalı və təhlükəsiz mühitdə keçirməsi onların zərərli təsirlərdən qorunması baxımından əhəmiyyətlidir.
Baxış sayı:111
Bu xəbər 26 Sentyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















