Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.
Hurriyyet.az xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.
Açıklama yok.
Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.
Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















