Biləsuvarda ağır qəza Yaralılar maşından belə çıxarıldı (YENİLƏNİB VİDEO)
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.
"Unikal"ın məlumatına görə, onlar 1973-cü il təvəllüdlü Sabahəddin Abbasov, 1982-ci il təvəllüdlü Təbriz Əliyev, 1984-cü il təvəllüdlü Ramil Turabov, 1968-ci il təvəllüdlü Şücaət Quliyev və 1985-ci il təvəllüdlü Fəzail Abbasovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***13:32
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















