Icma.az
close
up
RU
Biləsuvarda əkin sahələrində yeni suvarma texnologiyaları tətbiq olunur

Biləsuvarda əkin sahələrində yeni suvarma texnologiyaları tətbiq olunur

Icma.az bildirir, Azertag portalına istinadən.

Biləsuvar, 21 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda əkin sahələrində müasir suvarma şəbəkəsi genişlənir. Son iki ildə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirən iri fermer təsərrüfatlarında ən müasir Pivot suvarma sistemləri genişləndirilərək 7 min hektara qədər əkin sahəsini əhatə edir.

AZƏRTAC xəbər verir ki, Biləsuvarın kənd təsərrüfatında uzun illərdir mövcud olan qədim suvarma ənənələri indi öz yerini yeni texnoloji mərhələyə verir. Pivot suvarma sisteminə keçid texniki yeniliklə yanaşı, əkinçilik mədəniyyətinə və bol məhsuldarlığa yön verən ciddi bir aqroinfrastruktur addımıdır. Nəzərə alsaq ki, rayon ərazisində əkin sahələrinin ərazisi son 10 ildə 50 faizdən çox artaraq 64 min hektara çatdırılıb, bunun da 58 min hektara qədəri suvarılan torpaqlardır. Bu baxımdan ölkənin ən çətin suvarma şəraitinə malik Biləsuvarda müasir suvarma sistemlərinin tətbiqi burada ənənəvi və qeyri-ənənəvi bitkilərin becərilməsində effektiv istifadəyə imkan yaradacaq. İspan modeli olan 17 ədəd pivot qurğusu təsərrüfatın 1000 hektara yaxın torpaq sahəsinin birdəfəyə suvarılmasını əhatə edəcək.

Yeni texnologiyanın özəlliklərindən danışan kənd təsərrüfatı mütəxəssisi Həmzalı Məmmədquliyev deyir ki, əkin sahəsində quraşdırılan müasir pivot suvarma sistemləri ilə təxminən 1000 hektara yaxın sahəni 14 saata suvarmaq mümkün olacaq: “Bununla əlaqədar artıq ərazidə 160 min kubmetrlik su həcmi olan süni gölün yaradılması da başa çatıb və bu da gələcəkdə texnologiyanın dayanıqlı su təminatında böyük rol oynayacaq. Əslində, illik əkilən tarla bitkilərinin hamısını suvara bilirik. Hətta daha hündür pivotlarla biz bağları, ağacları suvara bilirik. Burada taxıl, qarğıdalı, soya, çuğundur, pambıq ola bilər - bunlar nəzərdə tutulur. Biləsuvar rayonunda əkinlərin suvarma suyu yalnız bir mənbədən - yerüstü sulardan ibarətdir. Araz çayından Cənubi Muğan kanalı vasitəsilə və transsərhəd Bolqarçay vasitəsilə. Bu isə xüsusən yay aylarında rayonda ciddi su qıtlığı ilə özünü daha çox büruzə verir. Yəni təsərrüfatlarda müasir suvarma sistemlərinin yaxın gələcəkdə kütləvi tətbiqi artıq suvarma prosesində təbiətin kaprizlərinə də bağlılığı azaldaraq, məhsul istehsalını arzuolunan səviyyəyə çatdıracaq”.

Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev isə bildirir: “Ölkəmizdə su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya qəbul olunub. Bu milli strategiya bütünlüklə respublika ərazisində aparılan əkin sahələrində su ehtiyatlarından səmərəli istifadə üçün yol göstərir. Biləsuvar rayonunda da bununla bağlı xeyli işlər görülüb. Onu da qeyd etmək yerinə düşərdi ki, 2021-ci ildə bizim əkin sahələrimizin pivotla əhatə olunan sahələrin ərazisi 5 min hektara yaxın təşkil edirdisə, 2024-2025-ci ilin ilk məlumatına görə, bu ərazilərin sahəsi 6500 hektara qədər artıb”.

Qeyd edək ki, müasir suvarma sistemləri istifadə edən təsərrüfatlarda əkinə görə subsidiya adi suvarma aparılan əkinlərə nisbətən daha çox müəyyənləşdirilib. Məsələn, payızlıq taxıl məhsulları əkinlərində bu, hər hektara 230 və 290 manat təşkil edir. Bundan başqa, müasir suvarma sistemi almaq istəyən fermerə ilkin dəyərin 40%-ə qədər güzəşt olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see523

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see231

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see163

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see154

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see141

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see138

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see137

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see134

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see133

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri