Icma.az
close
up
RU
Biləsuvarda ilk dəfə “Qara kişmişi” yeni seleksiya üzüm tinglərindən bağ salınır

Biləsuvarda ilk dəfə “Qara kişmişi” yeni seleksiya üzüm tinglərindən bağ salınır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvar, 3 iyun, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda ilk dəfə olaraq pilot layihə çərçivəsində xaricdən gətirilən “Qara kişmişi” adlı yeni seleksiya üzüm tinglərinin iki hektar sahədə əkininə başlanılıb.

AZƏRTAC xəbər verir ki, patent və müəlliflik hüququ olan bu yeni seleksiya üzüm sortu yalnız məhsuldarlığı ilə deyil, həm də iqlim dəyişikliklərinə davamlılığı, iqtisadi səmərəliliyi və bazar tələblərinə cavab verməsi ilə fərqlənir.

Fermer Azad Bədirov deyir ki, bu sort üzüm qara kişmiş istehsalı üçün ideal sayılır. Ona görə də yeni salınan bağın məhsullarının gələcəkdə ixracı da nəzərdə tutulur.

Yeni salınan bağda damcı suvarma sistemi də quraşdırılacaq.

Aqronom Əliqulu Hüseynovun sözlərinə görə, bu tinglər xəstəliklərə qarşı daha davamlıdır və məhsul itkisi minimumdur. Digər üstünlüyü ondadır ki, 2-3 il ərzində məhsul verir. “Fermerlər bizə tez-tez müraciət edirlər, onların əkin sahələrindən aqrokimyəvi torpaq analizləri götürüb laboratoriya təqdim edirk. Laboratoriyadan çıxan analiz nəticələrinə uyğun olaraq, tövsiyələrimizi veririk. Elə bu bağın analizlərini də apardıq və üzüm yetişdirmək üçün yaxşı münbit şərait var”, - deyə o əlavə edib.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində verilən məlumata görə, son bir ildə rayonda üzüm bağları iki dəfəyədək artırılaraq, 22 hektardan 45 hektara çatdırılıb. Biləsuvarda başlanğıcı qoyulan bu pilot layihə uğurlu olarsa, yaxın illərdə Azərbaycanın müxtəlif bölgələrində yeni sort qara kişmişi üzümlər yetişdiriləcək. Bu isə həm daxili bazarda məhsul bolluğuna, həm də ixrac potensialına böyük töhfə verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri