Icma.az
close
up
RU
Biləsuvarda toya və yasa gedən avtomobillər toqquşdu: Ölənlər və yaralılar var (YENİLƏNİB)

Biləsuvarda toya və yasa gedən avtomobillər toqquşdu: Ölənlər və yaralılar var (YENİLƏNİB)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Məlumata görə, "VAZ 2107”də olan şəxslər Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir. "Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.

11.14

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri