Biləsuvardakı ağır qəzanın TƏFƏRRÜATI FOTO/VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Biləsuvar rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəzanın təfərrüatı məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadənin idarə etdiyi, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan "VAZ-2106" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Naxçıvandan Bakıya gələn avtobus köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində qəzaya uğrayıb.







Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















