Icma.az
close
up
RU
Biletlər saniyələrə yoxa çıxır, sonra 4 5 dəfə baha satılır...

Biletlər saniyələrə yoxa çıxır, sonra 4 5 dəfə baha satılır...

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Konsert, teatr və idman tədbirlərinə biletlərin rəsmi satışa çıxarıldıqdan bir neçə dəqiqə sonra tükənməsi, ardınca isə həmin biletlərin müxtəlif platformalarda bir neçə dəfə baha qiymətə satışa çıxarılması normal bazar münasibəti kimi təqdim edilə bilməz”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, azad bazarda qiymətin tələb və təklif əsasında formalaşması təbiidir, lakin burada söhbət çox vaxt real bazar qiymətindən yox, ilkin satış mərhələsində süni qıtlığın yaradılmasından gedir: pizza mizza

“Əgər bir şəxs və ya qrup botlardan, çoxsaylı hesablardan, müxtəlif kartlardan və digər texniki imkanlardan istifadə etməklə böyük həcmdə bileti əvvəlcədən toplayırsa, bu, adi istehlakçı davranışı deyil. Nəticədə tədbirə getmək istəyən vətəndaş rəsmi qiymətlə bilet almaq imkanını itirir və həmin bileti daha yüksək qiymətlə almağa məcbur qalır. Burada həm istehlakçı hüquqları, həm də rəqəmsal satış sistemlərinin ədalətli işləməsi məsələsi ortaya çıxır.

Bu prosesin iqtisadi nəticəsi də kifayət qədər aydındır. Təşkilatçı bileti bir qiymətə satır, həmin bilet ikinci əl bazarında 4-5 dəfə baha qiymətə təklif olunur. Yaranan əlavə gəlirin əsas hissəsi tədbirin təşkilatçısına, sənətçiyə və ya idman klubuna yox, bileti kütləvi şəkildə alıb yenidən satan vasitəçiyə gedir. Yəni bazarda formalaşan əlavə iqtisadi dəyər tədbirin yaradıcı və təşkilati tərəfinə deyil, spekulyativ vasitəçiliyə yönəlir. Təşkilatçı isə real tələbin səviyyəsini görərək öz qiymət siyasətini optimallaşdırmaq imkanını da itirə bilər. Buna görə burada məsələ yalnız bileti kimin neçə manata satması deyil. Əsas məsələ odur ki, yüksək tələbatdan yaranan iqtisadi gəlirin hansı hissəsi tədbirin yaradıcı və təşkilati ekosisteminə, hansı hissəsi isə süni qıtlıq yaradan vasitəçilərə gedir.

Rəqəmsal satış platformalarında bu problemin qarşısını almaq üçün texnologiyanın özündən istifadə etmək lazımdır. Bir istifadəçiyə müəyyən sayda bilet limiti, mobil nömrə və ödəniş vasitəsinin doğrulanması, CAPTCHA və bot-detection sistemləri, şübhəli IP və cihazların müəyyənləşdirilməsi, çoxsaylı hesabların əlaqələndirilməsi və qeyri-adi alış davranışlarının avtomatik bloklanması minimum standartlara çevrilməlidir. Xüsusilə bir neçə saniyə ərzində yüzlərlə biletin müxtəlif hesablar vasitəsilə alınması sistem üçün ciddi risk siqnalı hesab olunmalıdır. Əgər platforma belə davranışı texniki olaraq müəyyən edə bilirsə, bunu görməməzliyə vurmaq kommersiya seçimi yox, bazarın şəffaflığı məsələsidir. Satış sisteminin məqsədi bileti ən sürətli texniki imkan əldə edən şəxsə vermək deyil, real istehlakçıya ədalətli çıxış yaratmaq olmalıdır”.

A.İbrahimov onu da qeyd edib ki, fərdi bilet, yəni biletin konkret şəxsin adı ilə rəsmiləşdirilməsi də yüksək tələbatlı tədbirlər üçün effektiv mexanizmlərdən biri ola bilər:

“Bilet sayına limit, şəxsiyyət məlumatlarının təsdiqlənməsi və tədbirə giriş zamanı identifikasiya kütləvi alış imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Lakin bütün tədbirlər üçün eyni sərt modelin tətbiqi də məqsədəuyğun deyil. Daha optimal yanaşma risk əsaslı modeldir: yüksək tələbatlı və biletlərin sürətlə tükəndiyi tədbirlərdə fərdi satış və ciddi limitlər tətbiq edilir, adi tədbirlərdə isə daha sadə satış mexanizmi saxlanılır. Eyni zamanda, qanuni şəkildə alınmış biletin başqa şəxsə ötürülməsi üçün rəsmi resale mexanizmi yaradılmalıdır ki, istehlakçı bileti istifadə edə bilmədikdə onu qanuni və şəffaf şəkildə geri sata bilsin.

Bu sahədə hüquqi və iqtisadi tənzimləməyə ehtiyac var. Burada məqsəd ikinci əl bilet satışını tamamilə qadağan etmək deyil, kölgə dövriyyəsini şəffaflaşdırmaq və peşəkar şəkildə kütləvi bilet alıb satanlarla adi istehlakçını fərqləndirməkdir. Müntəzəm olaraq yüzlərlə bilet alıb yenidən satan şəxsin fəaliyyəti artıq təsadüfi şəxsi satış kimi qiymətləndirilə bilməz və onun elektron ticarət, vergi və istehlakçı hüquqları baxımından statusu aydın müəyyənləşdirilməlidir. Eyni zamanda təşkilatçılar və satış platformaları satışa çıxarılan bilet sayı, qiymət kateqoriyaları, alış limitləri və tətbiq olunan satış mexanizmləri barədə şəffaf məlumat verməlidirlər. Əgər vətəndaş biletin rəsmi satışda niyə saniyələr ərzində tükəndiyini, sonra isə niyə 3-4 dəfə baha qiymətə qarşısına çıxdığını başa düşə bilmirsə, burada bazarın şəffaflığından danışmaq çətindir. Bilet bazarında rəqabət yalnız qiymətin formalaşması ilə deyil, biletə çıxışın özünün ədalətli təşkili ilə ölçülməlidir”.

Cəlalə Cəlalqızı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri