Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakının Sabunçu rayonunda iki nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bilgəh qəsəbəsində yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində iki sərnişin hadisə yerində ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-də saat 01:35 radələrində Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi "Volkswagen" markalı, 77-XS-274 dövlət qeydiyyat nişanlı avtomobil Bilgəh qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəzanın baş verməsinə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəb olub.
Hadisə zamanı avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















