Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Bilik və innovasiya iqtisadiyyatına keçid

Bilik və innovasiya iqtisadiyyatına keçid

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Qafqazın süni intellekt mərkəzinə çevrilir

XXI əsr artıq informasiya dövrünü geridə qoyaraq innovasiya və süni intellekt əsrinə qədəm qoyur. Süni intellekt sadəcə bir texnologiya deyil. O, cəmiyyətin dərin qatlarına nüfuz edərək iqtisadiyyatı, idarəetməni, təhsili və hətta insan münasibətlərinin yenidən dizaynını gerçəkləşdirir.

Bu yenilik robotlar və avtomatlaşdırma vasitəsilə yalnız iş proseslərini optimallaşdırmır, həm də insanların düşüncə və qərarvermə tərzini şərtləndirir. Təsadüfi deyil ki, yeni dövr bizdən yeni bacarıqlarla yanaşı, fərqli bir düşüncə tərzi – daha çevik, daha yaradıcı gələcəyə yönələn yanaşmalar da tələb edir. Elə buna görə də hazırda zamanla ayaqlaşmaq üçün texnologiyanı təkcə istifadə etməyi yox, onu anlamağı və yönləndirməyi də bacarmaq lazımdır.

Artıq yaşadığımız dövr bəşəriyyətin texnologiya ilə münasibətlərində əsaslı bir dönüş nöqtəsidir. Bu gün rəqəmsal texnologiyaların sürətli inkişafı, ənənəvi iqtisadi modellərin sərhədlərini aşaraq bilik və innovasiya iqtisadiyyatı kimi yeni bir reallıq yaradır. Rəqəmsal texnologiyaların başgicəlləndirici sürətlə inkişaf etməsi ənənəvi iqtisadi modelləri aşındıraraq yeni bir reallıq yaradır – bu zaman əsas dəyər mənbəyi neft və ya sənaye deyil, bilik və innovasiyadır.

Əgər ənənəvi iqtisadiyyatda əsas dəyər mənbəyi torpaq, əmək və kapital kimi fiziki resurslar idisə, müasir dünyada bu düşüncə tərzi kökündən dəyişib. Artıq ən qiymətli kapital – insan beyninin əsas məhsulu sayılan bilikdir. Bugünkü iqtisadi mühitdə bilik sadəcə bir vasitə deyil, özlüyündə strateji bir sərvətdir. Bilik iqtisadiyyatı elə bir ekosistemdir ki, burada məlumatın toplanılması, təhlili, paylaşılması və bu biliklər əsasında qərarların verilməsi iqtisadi dəyər yaradır. Burada zavod və fabriklər, istehsal müəssisələri qədər, hətta onlardan da artıq yaradıcı düşüncə, tənqidi təhlil və innovasiya qabiliyyəti ön plana çıxır.

Fiziki məhsulların yerini getdikcə intellektual məhsullar – proqram təminatları, dizaynlar, strategiyalar və elmi kəşflər tutur. Məhz bu nöqtədə süni intellekt bilik iqtisadiyyatının mühərrikinə çevrilir. Nəzərə alaq ki, süni intellekt sadəcə insan əməyini əvəz etmir, həm də biliyin sürətli emalı, yeni ideyaların yaradılması və tətbiqi prosesini çoxqütblü şəkildə gücləndirir. Məsələn, əvvəllər bir qrup mütəxəssisin həftələrlə apardığı təhlili süni intellekt bir neçə dəqiqəyə tamamlaya bilir. Eyni zamanda, süni intellekt yeni ideyaların modelləşdirilməsi, ssenarilərin simulyasiyası və potensial nəticələrin öncədən roqnozlaşdırılmasında misilsiz imkanlar yaradır. Beləliklə, informasiya artıq xammal, süni intellekt isə onun emal maşınına çevrilir. Kim bu mexanizmi daha ağıllı şəkildə istifadə edirsə, o da yeni iqtisadi qaydaların qurucusuna çevrilir.

Ənənəvi iqtisadi güc strukturlarından fərqli olaraq, bu gün uğurun açarı biliyə əsaslanan çevik adaptasiya qabiliyyəti və texnologiyaya uyğunlaşma sürətidir. Bundan əlavə, hazırda həm də rəqabətdə ucuz əmək və təbii resurs üstünlüyü kifayət etmir. Rəqabətdə qalib gəlmək üçün daha yaradıcı və ağıllı həllər lazımdır ki, burada da süni intellektin rolu danılmazdır: tibbdə diaqnostikadan tutmuş, kənd təsərrüfatında məhsuldarlığa qədər müxtəlif sahələrdə daha ağıllı qərarlar vermək üçün yeni imkanlar yaranır.

Sevindirici haldır ki, ölkəmiz bu qlobal dalğaya qoşulmaq üçün doğru zamanda hərəkətə keçib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkəmizin yaxın 3 il ərzində bu istiqamətdə yol xəritəsi sayıla bilər. Strategiyada qarşıya qoyulmuş tapşırıqların düzgün icrası respublikamız üçün mühüm perspektivlər vəd edir. Xüsusilə, süni intellekt sahəsində yerli kadrların hazırlanması, startapların dəstəklənməsi və tədqiqat mərkəzlərinin yaradılması ölkəmizdə neft sənayesinin intellekt sənayesinə çevrilməsində böyük rol oynaya bilər. Bu baxımdan süni intellekt akademiyasının yaradılması və formalaşdırılması strateji addımdır.

Nəzərə alaq ki, süni intellekt yüksək ixtisas tələb edir. Gənclərimizə beynəlxalq səviyyədə rəqabətədavamlı bilik və bacarıqlar qazandırmaq, texnoloji ekosistem üçün bacarıqlı müətəxəssilər yetişdirmək qarşıda duran mühüm vəzifələrdəndir. Bu sahədə əldə etdiyimiz nəticələr isə ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafına təkan verə bilər. Çünki süni intellekt böyük həcmdə məlumatı təhlil edərək ondan mənalı nəticələr çıxarmağa şərait yaradır. Bu isə sahibkarlara daha ağıllı qərarlar qəbul etmək, bazar trendlərini daha dəqiq proqnozlaşdırmaq və riskləri azaltmaq imkanı yaradır.

Digər tərəfdən, süni intellekt insanların hər gün təkrarladığı fəaliyyətlər və vərdişlər toplusunu avtomatlaşdırdığından burada vaxt və resurslara qənaət edilir, nəticədə insan resursları daha yaradıcı işlərə yönəldilir, istehsalatın sürəti və dəqiqliyi artır. Bunun da sayəsində süni intellekt texnologiyalarının daha tez və səmərəli şəkildə tətbiqini gerçəkləşdirən ölkə və şirkətlər qlobal bazarda rəqiblərinə nisbətən üstün mövqe əldə edir. Bu, iqtisadi güc olmaqla bərabər, həm də innovasiya liderliyi deməkdir.

Azərbaycanın yaxın gələcəkdə bu cür innovasiya liderliyinə yiyələnməsi üçün yetərli imkanlar var. Belə ki, Azərbaycan, ilk növbədə, neft-qaz ölkəsi olsa da, buradan gələn kapitalın insan kapitalına çevrilməsi üçün dövlətin özünün aydın mövqeyi və strategiyası var. Digər tərəfdən, respublikamız bu gün Qafqaz regionunda həm gənc əhali potensialı, həm də maddi resurslar baxımından seçilən ölkədir. Bu isə ölkədə innovasiya yönümlü kadr hazırlığı üçün əlverişli baza sayılır. Ən əsası isə Azərbaycan hər zaman yeni texnoloji çağırışlara ilk qoşulan ölkələrdən olub ki, bunu da dövlətimizin başçısının bu yaxınlarda imzaladığı müvafiq strategiyanın mahiyyətindən anlamaq mümkündür.

Beləliklə, süni intellekt sadəcə texnologiya deyil, daha ədalətli, məhsuldar və ağıllı bir cəmiyyətin qurulması üçün önəmli vasitədir. Əgər bu texnologiyanının tətbiqi doğru-düzgün gerçəkləşdirilərsə, gələcəyin iqtisadiyyatında yalnız izləyici yox, həm də oyunun qaydalarını müəyyənləşdirən oyunçulardan biri ola bilərik. Bununla da, Azərbaycanın bir çox sahələrdə olduğu kimi, süni intellektdə də Qafqazın mərkəzinə çevrilməsi reallaşar.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri