Icma.az
close
up
RU
Ülvi Mehdiyev: “Bilim Bakı” mərkəzi üç il ərzində mühüm nailiyyətlər qazanıb

Ülvi Mehdiyev: “Bilim Bakı” mərkəzi üç il ərzində mühüm nailiyyətlər qazanıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin üç il ərzində qarşıya qoyulan məqsədlərə nail olması Azərbaycan üçün sevindirici haldır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin Məzun gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Ülvi Mehdiyev bildirib ki, 2021-ci ildə Selçuk Bayraktarın təşəbbüsü ilə Bakıda belə bir layihənin həyata keçirilməsi qərara alınıb və bununla bağlı memorandum imzalanıb. Artıq bir il sonra – 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də Türk dünyasının fəxri, Nobel mükafatı laureatı Əziz Sancarın və Selçuk Bayraktarın iştirakı ilə “Bilim Bakı” mərkəzinin açılış mərasimi baş tutub.

“Bu gün əldə olunan uğurlar göstərir ki, belə bir layihənin uğursuz olması mümkün deyildi. Çünki Türk dünyasının iki böyük liderinin və Əziz Sancarın xeyir-duası ilə açılan bu mərkəz uğur qazanmalı idi”, – deyə Ülvi Mehdiyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan dövləti müasir dövrün tələblərinə cavab vermək, xüsusilə texnologiya əsrində inkişafı təmin etmək üçün təhsil və gənclər siyasəti sahəsində geniş islahatlar həyata keçirir.

“Süni intellektlə bağlı ölkəmizdə ayrıca strategiya qəbul olunub, rəqəmsallaşma istiqamətində Prezidenti İlham Əliyevin fərmanları ilə mühüm addımlar atılıb. “ASAN xidmət” isə 13 il əvvəl Prezident İlham Əliyevin şəxsi ideyası və təşəbbüsü kimi yaradılıb və bu gün dünyanın ən uğurlu dövlət xidmətləri modelinə çevrilib. Hazırda Azərbaycanın ASAN modeli 30 ölkəyə ixrac olunur”, – deyə Dövlət Agentliyinin sədri əlavə edib.

Ülvi Mehdiyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, beynəlxalq təşkilatlar “ASAN xidmət”in bu sahədəki nailiyyətlərini yüksək qiymətləndirərək mükafatlandırıblar. Onun sözlərinə görə, bu, Azərbaycanın innovasiyaya və vətəndaş məmnuniyyətinə əsaslanan idarəçilik modelinin uğurunun göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:12
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadının dəyişimi hamını şoka saldı VİDEO

29 Oktyabr 2025 19:54see216

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see192

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see165

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see132

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see122

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see121

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see118

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri