Icma.az
close
up
RU
Bilirsən, mən balınızı da təbliğ edirəm Prezidentlə Kəlbəcər sakininin maraqlı dialoqu + FOTOLAR

Bilirsən, mən balınızı da təbliğ edirəm Prezidentlə Kəlbəcər sakininin maraqlı dialoqu + FOTOLAR

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Adalet.az xəbər verir ki, Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Artıq 40 ildən çoxdur arıçılıqla məşğul olan Mustafayevlər ailəsi bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər. Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.

Bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra “Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Avqust 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see330

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see150

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see147

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see124

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see121

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see118

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see118

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20 Avqust 2025 08:31see116

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see115

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

20 Avqust 2025 08:52see115

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see114

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see114

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see114

“Kraliça ənciri” Yalnız Bursada yetişir

20 Avqust 2025 05:00see113

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see112

Banka bağlayarkən bunlara diqqət edin Zəhərlənmə riski

20 Avqust 2025 08:56see112

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see111

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri