Elm və Təhsil Nazirliyi bizim yerimizə elmlə məşğul olmalı deyil”
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.
O bildirib ki, ölkədəki elmi-tədqiqat institutları vaxtilə mövcud olan iqtisadi ehtiyaclara uyğun yaradılıb. Onların bəziləri müxtəlif binalarda yerləşsələr belə, bir-birinə çox oxşar fəaliyyət göstərir, bəzən eyni işləri təkrar edirlər: “Məhz buna görə də optimallaşdırma prosesinə gedildi: yaxın sahələr üzrə fəaliyyət göstərən institutların birləşdirilməsi, orada çalışan kadrların fəaliyyətinə yenidən baxılması zərurəti yarandı. Çünki ümumi mənzərəyə baxdıqda göründü ki, bəzi institutlarda kifayət qədər elmi məhsuldarlıq yoxdur, beynəlxalq əməkdaşlıq sahəsində də gözləntiləri ödəmək baxımından problemlər mövcuddur. Düşünürəm ki, bu institutların universitetlərlə əlaqələndirilməsi və inteqrasiyası onların inkişafına ciddi töhfə verəcək. Bu, hazırda müşahidə etdiyimiz elmi inkişafla bağlı birinci əsas komponentdir. İkinci mühüm məqam isə ondan ibarətdir ki, son dövrlərdə elmin inkişafında formalizmdən, yalnız hesabat xatirinə elmlə məşğul olmaqdan nəticə əsaslı dəyərləndirməyə keçid edilir. Bu, çox vacib addımdır. Nədir nəticə əsaslı dəyərləndirmə? Cənab Prezident də müsahibəsində qeyd etdi ki, hansı tədqiqatlar aparılır, həmin tədqiqatlar hansı jurnallarda dərc olunur, harada indekslənir və s. Bu, faktiki olaraq bu gün əlimizdə olan əsas alətdir ki, ölkə üzrə elmin həcmini və keyfiyyətinin hansı səviyyədə olduğunu müəyyən edə bilək”.
Rüfət Əzizov əlavə olaraq vurğulayıb ki, bir alimə düşən məqalə sayı, “Scopus” kimi beynəlxalq elmi bazalarda həmin məqalələrə edilən istinadların sayı, beynəlxalq həmmüəllifliklə yazılan məqalələrin ümumi məqalə sayına nisbəti, eləcə də məqalələrə olan istinadlar - bütün bunlar ölçülə bilən meyarlardır:
"Ümumiyyətlə, biz nəyisə ölçə biliriksə, deməli, onu müəyyən qədər düzəldə və inkişaf etdirə də bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















