Bill Qeyts rus qızlarından xəstəliyə yoluxub? Keçmiş həyat yoldaşının sözləri gündəmi silkələdi VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Jeffri Epşteyn dosyalarında adı “rus qızlarından xəstəliyə yoluxub” iddiası ilə hallanan Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda French Qeyts ilk dəfə bu mövzu ilə bağlı danışıb.
Melinda bildirib ki, yeni açıqlanan sənədlər onun evliliyindəki “çox ağrılı” dövrləri yenidən gündəmə gətirib və bu iddialarla bağlı suallar ona deyil, keçmiş həyat yoldaşına ünvanlanmalıdır.
Bizim.Media xəbər verir ki, Melinda French Qeyts NPR radiosunun “Wild Card” adlı podkast proqramında bildirib ki, Epşteyn dosyaları ilə bağlı açıqlama verməli olan şəxs Bill Qeytsin özüdür.
Bill Qeytsin sözçüsü isə Epşteynin elektron məktublarında yer alan iddiaların “cəfəng və tamamilə əsassız” olduğunu bəyan edib.
Epşteynin e-poçt yazışmalarında Bill Qeytsin cinsi yolla keçən bir xəstəliyin müalicəsi üçün Epşteyndən dərman yardımı istədiyi və bunu həyat yoldaşı Melindadan gizlətməyə çalışdığı iddia olunur.
Proqramda sualları cavablandıran Melinda Qeyts bildirib ki, Epşteyn sənədlərində hələ də cavabsız qalan nə qədər sual var:
“Bunlar isə o insanlara və keçmiş ərimə verilməlidir. Bu məsələlərə görə məsuliyyət daşıyan mən yox, onlardır. Öz kədərimi bir kənara qoyub o gənc qızlar üçün düşünürəm. Bu onların başına necə gələ bildi? Ümid edirəm ki, həmin qızlar üçün heç olmasa müəyyən qədər ədalət təmin olunar”.
Xatırladaq ki, Bill və Melinda Qeyts cütlüyü 27 illik evlilikdən sonra 2021-ci ildə boşanıb.
Sonra Bill Qeyts Microsoft-da çalışan bir qadınla münasibətdə olduğunu etiraf etmişdi. ABŞ mətbuatı daha əvvəl Melinda French Qeytsin ayrılıqdan öncə ərinin Epşteunlə olan əlaqələrindən narahatlıq keçirdiyini də yazmışdı.
Qeyd edək ki, Jeffri Epşteyn 2019-cu ildə Nyu-Yorkda saxlanıldığı həbsxanada ölü tapılmışdı.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 Fevral 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















