Bill Qeytsin daşıdığı xəstəliyi qızı müsahibə zamanı açıqlayıb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Bill Qeytsin üç övladının ən kiçiyi olan Fibi veriliş zamanı sevgilisini atası ilə tanış etməyin necə bir şey olduğunu danışıb.
Sosial şəbəkələrdəki məşhur Fibi Qeyts təcrübəsini izah edərkən atasının “Asperger sindromu” olduğunu söyləyib.
Fibi: “Sevgilimi evə gətirmək onun üçün dəhşətli idi. Mənim üçün çox gülməli idi. Çünki atam sosial cəhətdən kifayət qədər bacarıqsızdır. Daha əvvəl dediyi kimi, Asperger xəstəsidir. Ona görə də mənə çox gülməli gəlir”, - deyə qeyd edib.
Fibi Qeyts istəmədən atasının şəxsi xəstəlik tarixçəsini açıqlayıb-açmaması məsələsi sosial mediada müzakirə mövzusuna çevrilib. 69 yaşlı Bill Qeyts əvvəllər autizm diaqnozu qoyulan bəzi insanlarda müşahidə olunan Asperger sindromu oluğu ilə bağlı açıqlama verməyib.
Autizm spektri pozğunluğunun bir növü olan Asperger sindromu sosiallaşmaq və effektiv ünsiyyət qurma qabiliyyətini məhdudlaşdıran inkişaf pozğunluğu kimi müəyyən edilir. Asperger sindromu diaqnozu qoyulmuş şəxslər tez-tez təkrarlanan davranışlar, eləcə də maraq dairələrində vəsvəsə və rutinlər nümayiş etdirirlər.
Bill Qeyts bu il nəşr etdiyi “Mənbə kodu” kitabında: “Mən bu illərdə böyüyən uşaq olsaydım, inanıram ki, mənə autizmin hansısa forması diaqnozu qoyulardı. Mən uşaq olanda məlumatları digər insanlardan fərqli başa düşən insanların olması hələ üzə çıxmamışdı. Valideynlərimin niyə bəzi layihələrə aludə olduğumu andacaq və ya sosial həyatdakı bəzi davranışları anlamaqda kömək edəcək kitabları yox idi”,- deyə yazıb.
Qeyts onu da qeyd edib ki, düşüncə prosesləri fərqli olan insanları təsvir etmək üçün istifadə edilən “neyromüxtəliflik” termini 1990-cı illərə qədər ümumiyyətlə istifadə olunmayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















