Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” ŞOK MÜRACİƏT

“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” ŞOK MÜRACİƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hörmətli redaksiya!

Əvvəlcədən bildirirəm ki, sizə ünvanladıgım bu məktubda qeyd etdiyim bütün faktlar rəsmi sənədlər əsasındadır və istənilən vaxt həmin sənədləri təqdim edə bilərəm!

***

Mən Suriyada baş verənləri hər kəs kimi həm sevinc, həm də ürək agrısı ilə izləyirəm və dəhşətə gəlirəm. Öz xalqına əzab vermək üçün heç bir memarın aglına gəlməyən bir proyekt- yerin üstündəki türmənin altında türmə proyekti- düşünmək üçün, insana mühəndislik biliyi deyil, insanlıga hədsiz nifrət hissi olmalıdır.                Bəşər Əsəd bu cinayətkar əməlini dünyadan gizlin bir formada həyata keçirmişdir. Onun suqutundan sonra adı Bəşərin götürüldüyü bəşəriyyət, onun bu əməllərinə təkcə təəcübünü ifadə etmək üçün deyil, həm də onun bu bəşəri cinayətlərinə nifrətini   ifadə etmək üçün hələ də söz axtarışındadır.

Dünyanın on bir  iqlim qurşagının doqquzunun  oldugu Azərbaycanda  Bəşər olmasa da, Bəşərə bənzərlərin olmaması yəqin ki mümkün deyilmiş. Yəqin ona görədir ki,  bütün bəşəriyyətdən fərqli olaraq, mən bu halı düz üç ildir dogma vətənimiz Azərbaycanda yaşayıram. Amma gizlində deyil!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hakimiyyətinin düz gözü önündə. Belə ki mənim torpagımın Şəhadətnaməsi başqa yerdə özbaşına tikilmiş fərdi evə Çıxarış verilməsi üçün Əmlak Komitəsi Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən saxta yolla  istifadə edilmiş, mənə məxsus torpaq sahəsi belə desək, Şəhadətnaməsiz qalmışdır!

Məhkəməyə müraciət etdikdən sonra məhkəmə müəyyən etmişdir ki, mənim imzam saxtalaşdırılaraq mənim Şəhadətnaməm əsasında mənə məxsus torpaq sahəsindən kənarda guya mən iki mərtəbəli villa tikmişəm və onu başqasına satmışam. Məhkəmə bütün halları araşdırıb, həmin evə dair çıxarış və sair sənədləri etibarsız oldugu üçün ləgv etmiş, Ekspertizanın rəyi əsasında göstərilən sxem üzrə mənim öz torpagım üzərində , yəni fərdi evdən  kənarda mülkiyyət hüququmu bərpa etmək haqqında qətnamə qəbul etmişdir. Həmin iş üzrə Ali Məhkəmə də qərar vermiş və iş icra olunması üçün icra məmuruna göndərilmişdir.

Əlbəttə, qətnamədə və qərarda məhkəmənin şərhi,əsaslandırdıgı halları izah etmək fikrim yoxdur. Çünki yeddi  hakim tərəfindən verilmiş, birinci instansiya Məhkəməsinin Qətnaməsi, Apelyasiya Məhkəməsinin Qətnaməsi və Ali Məhkəmənin Qərarının yazıldıgı vərəqlərin sayı ümumilikdə 68 vərəqdir.

Bu arada Şeyx Şamilin ruslarla döyüşəndən sonra həbs olunub qatarla  Sibirə göndərilərkən işlətdiyi bir ifadə yadıma düşür.

Şeyx Şamil bir aydan çox yol getdikdən sonra konvoydan soruşur ki, bu getdiyimiz ərazi hamısı Rusiyanın ərazisidir? Biləndə ki, Rusiyanın ərazisidir, Şeyx Şamil deyir: mən bilsəydim Rusiya bu qədər böyükdür, heç vaxt onunla vuruşmazdım.

Eynilə mən də Ali Məhkəmə Qərarının icra edilməsinə başlandıgı gündən bəri getdiyim yol, məndə də eyni ilə Şeyx Şamilin fikrinə bənzər fikir yaradır. Mən bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi (Əmlak Məsələləri Dövlət Xidməti - red.) verir, mən bu yola çıxıb məhkəməyə üz tutmazdım.

Fikrimin necə yayınıq oldugu yazdıgım məktubdan da hiss olunacaq dərəcədə oldugunun fərqindəyəm. Amma bu halı məndə yaradan təkcə  Bəşər Əsəd məktəbinin mühəndislik  nəzəriyyəsi deyil, eyni nəzəriyyənin daşıyıcısı  Əmlak Komitəsinin Dövlət Reyestr Xidməti  1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz İlman oglu Babayevdir.  Həm də təkcə o da deyil...

Mühəndis olaraq Ramiz Babayevin Bakının  yeni yaşayış məntəqələrində sehirli çubugu ilə yol üçün nəzərdə tutulmuş, dəyəri on milyonlarla ölçülən   hektarlarla  torpaq sahələrini “paketləyib” həzm edərək, əvəzində Sakarya çayı kimi qıvrılan, Hamasın yeraltı tunelləri enində cıgır qoymaq, küçələri dalana çevirmək, yaşayış məntəqələrini  çıxılmaz  labirintə çevirmək  bacarıgı haqqında danışmaq fikrim yoxdur. Çünki bu iş tək bir mühəndisin bacarıgı çərçivəsində deyil. Ramiz Babayev Ali Məhkəmə Qərarı ilə mənə məxsus boş torpaq sahəsi üzərində mülkiyyət hüququmu qeydiyyata almaq əvəzinə, başqa şəxsin yaşadıgı evin altında mənə torpaq sahəsinə dair Çıxarış və plan-ölçü (kadastr) sənədi vermiş və icra məmuruna bəh-bəhlə Məhkəmə qərarını icra etdiyi barədə məktub göndərmişdir.                                                                                                                                                               Əlbəttə, əvvəlcə mənməmnunlugumu gizlədə bilmədim və ona məhkəmə qərarını belə operativ şəkildə icra etdiyinə görə təşəkkür də etdim.

Amma sən Ali Məhkəmə qərarını  say, görək Əmlak Komitəsi nə sayır.                                                                       Sonradan bəlli oldu ki hektarlarla torpaqlardan gözü doymayan Babayev, sən demə mənim Şəhadətnaməsiz qoyduqları  boş   torpagımın özünü də başqa şəxsə satıbmış. (Eynilə “vay küpəmin başı yarımçıq qalan əhvalıma vay” misalında oldugu kimi). 

Diqqət çəkən bir məqamsa ondan ibarətdir ki, mənim torpagımı sövdələşdiyi şəxs, Ramiz Babayevin indi getdiyi yolu neçə illər əvvəl getmiş, yəni vəzifəsindən sui istifadə etməklə  Dövlət Əmlakını külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərini aşma  və dələduzluq maddəsi ilə 12 il həbsə məhkum olunmuş şəxsdir...  Belə yerdə deyirlər “Taylı Tayını tapar”.

Ona görə də mənə verdiyi çıxarışı mənə məxsus boş  torpagıma deyil, başqa şəxsin yaşadıgı evin altına veribmiş. O evin ki, vaxtilə mənim şəhadətnaməmi, yəni mülkiyyət hüququmu həmin evə çıxarış vermək məqsədi ilə saxta yolla istifadə edilmiş və mənim torpagım şəhadətnaməsiz qalmışdır. Yəni belə çıxır ki, mənim indi  heç torpagım da yoxdur və  mənim torpagım, başqa şəxsin faktiki yaşadıgı evin altındadır.Babayev belə hesab edir ki sən demə, məhkəmə mənim torpaq sahəsi üzərində mülkiyyətim dedikdə faktiki yaşayış olan həmin evin( villanın) altını nəzərdə tutubmuş...

Yəni Məhkəmə qərarına qədər şəhadətnaməsi satılsa da  heç olmasa boş torpagım var idi. Məhkəmə qərarından sonra, indiki halda isə Ramiz Babayev  onu  da əlimdən alıb! Səbəbsə Ali Məhkəmə Qərarına olan qəzəbidir...

Ona görə ki, Ali Məhkəmə onun hesab etdiyi kimi, onun icazəsi olmadan, onun  özünün sahibi  hesab etdiyi   torpagı haqqında qərar vermişdir...

Ümumiyyətlə, heç bir mübaligəsiz deyə bilərəm ki, Ramiz Babayev hesab edir ki Bakı  şəhəri onun şəxsi mülküdür!  Onun Ədliyyə və Məhkəməyə olan münasibəti və onlara olan davranışı bunu deməyə tam əsas verir.                                                                                                                                                                                        Mühəndisin bu fəlsəfi düşüncəsinin nədən qaynaqlandıgı yəqin ki hər kəs üçün anlaşılandır. Lakin ən dəhşətlisi budur ki, hakim məhkəmə qərarını  inkar etdiyinə görə məhkəməyə dəvət almış  Ramiz Babayevdən Ali Məhkəmə qərarı əsasında  mənə verdiyi torpaq sahəsinə dair çıxarışın hansı torpaga   aid oldugunu soruşduqda, o çox rahat və inamlı  ifadə ilə   “başqa şəxsin yaşadıgı fərdi evin altına”, yəni “mövcud olmayan” torpaq sahəsinə   deyə cavab verir. Bir sözlə belə çıxır ki  Ramiz Babayev mənim olmayan mülkiyyətimi  dövlət qeydiyyatına almışdır.

Bu cavabı  sətiraltı mənada   “ Ali Məhkəmə Qərarını  başqasının yaşadıgı  fərdi yaşayış evinin  altında dəfn etmişəm” kimi də başa düşmək olar.

Ramiz Babayevin  mənə təqdim etdiyi , olmayan mülkiyyətin Dövlət qeydiyyatı haqqında Çıxarışın dəyəri, mənimçün adi bir kagız parçası oldugu kimi, sən demə  Ramiz Babayev üçün də Ali Məhkəmə Qərarının dəyəriı  adi kagız parçasından  başqa bir şey deyilmiş. Əslində bu cavab da o qədər təəcüb dogurmur. Çünki bu hal  cəzasıslıqdan cəsarət sindromudur.

Ən təəcüblüsü odur ki bu cavabın qarşısında hakimlər təccüblənmir  ya da “təəcüblənə bilmir”. Ona, bu “fəaliyyətinə” görə bir il əvvəl 1500 manat , bu il isə   1200 manat cərimə təyin olunur.Yəni pulunu ödə “fəaliyyətə” davam et! Pul da ki nə pul? Dəryada bir damla. Dəyişən cərimənin  məbləgidir, dəyişməyənsə  Ramiz Babayevin” idarəçilik əleyhinə fəaliyyəti”...

Qərarın icrasını uzatdıqca olunan cərimənin məbləgi də azalır. Belə çıxır ki Ramiz Babayev daha dörd  il də Məhkəmə Qərarını icra etməsə, Məhkəmə  onu heç cərimə də etməyəcək. Bir sözlə Bəşərin  bəşəriyyəti  təəcüb qoyan türmənin altında türmə nəzəriyyəsi bu gün də dünyanın gözü bir yana,  bizim yekun Qərar vermiş Məhkəmənin gözü qarşısında qüvvədədir. Görünənsə odur ki, bu nəzəriyyə Əmlak Komitəsində hələ uzun müddət qüvvədə olacaq.

Sizcə, Bəşər Əsədin öz vətəndaşına yerin altında verdiyi “yaşam hüququ” ilə Əmlak Komitəsinin vətəndaşa yerin altında verdiyi “mülkiyyət hüququ” arasında fərq varmı? Məşhur Atalar sözümüz olan “Birənin qanın aldın-canın aldın” ifadəsini yada salsaq, heç bir fərqi yoxdur!

...Tək bir məsələdə cavab tapmaga çətinlik çəkirəm. Bu ölkədə, mənim kimi yer altında “mülkiyyət hüququ” olanların  və ya hüquqları dəfn olunanların  sayı, Bəşərin yer altındakı türmədə saxladıqlarının sayından çoxdur ya az?

Amma tək bildiyim odur ki, Bəşər getdi, amma  Ramiz Babayevin timsalında  bizim “Bəşərlər”in həm müəllimləri həm də şagirdləri hələ də iş başındadırlar... Düşünəndə ki, “yaxşı” müəllimin şagirdləri  ondan daha çox “bilikli” olur,gələcəyimizi düşünərkən  insan dəhşətə gəlir...

Belə çıxır ki, Əmlak Komitəsinin   gələcək nəsillərə yerin yeddinci qatında mülkiyyət hüququ qeydiyyata almaq haqqında gizlin planları da ola bilər.

Bu illər ərzində  əmin oldum ki, qanuni qüvvədə olan,lakin şəxsi maraqlar ucbatından  icra olunmayan, dövlət adından tanınan  neçə-neçə insanın haqqları  yatan, Hüquqi Dövlətdə Ədalət mühakiməsinin yekun Qərarı olan Məhkəmə Aktları, Əmlak  Komitəsinin zirzəmilərində dəfn edilib və  əbədiyyətə qovuşmuşdur!                                                                                                                                                                          İş Qiyamətə qaldı...

TANRI DÖVLƏTİMİZİ QORUSUN !!!

A.V.Vəliyev

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri