Icma.az
close
up
RU
Binə qəsəbəsi üçün yeni marşrut xətti açıla bilərmi? AYNA dan CAVAB

Binə qəsəbəsi üçün yeni marşrut xətti açıla bilərmi? AYNA dan CAVAB

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Binə qəsəbəsi Bakının ən böyük yaşayış massivlərindən biridir. Son illərdə əhalinin sürətlə artması, sıxlıq və tıxac probleminin dərinləşməsi nəticəsində qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatı da yüksəlib.

Hazırda Binə - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 160 nömrəli müntəzəm marşrut xətti sərnişin axınını qarşılamaqda çətinlik çəkir.

Sakinlərin Oxu.Az-a verdiyi məlumata görə, avtobuslarda tez-tez nasazlıqlar yaranır, sərnişinlər mənzilbaşına çatmadan yolun ortasında düşürülürlər, marşrut xəttində sıxlıq və gediş-gəliş problemləri yaşanır.

Bəs görəsən, Binə qəsəbəsi üçün yeni marşrut xəttinin açılması ilə bağlı hər hansı plan varmı? Qəsəbənin artan əhalisini nəzərə alaraq, yaxın vaxtlarda Binə istiqamətində ictimai nəqliyyatın yükünü azaltmaq üçün əlavə nəqliyyat həlləri nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, Binə qəsəbəsini metronun "Koroğlu" stansiyası ilə əlaqələndirən 160 nömrəli marşrut xəttində gündəlik olaraq 17 avtobus 7-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:

"Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Daşıyıcıya marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi və sərnişindaşıma normalarına riayət edilməsi ilə bağlı tapşırıq verilib.

AYNA tərəfindən tətbiq edilən yeni marşrut şəbəkəsi çərçivəsində Binə qəsəbəsinin ərazisi təhlil edilib və yeni xətlər simulyasiya edilib. Yeni şəbəkə üzrə artıq 340 nömrəli Binə-Mərdəkan qəsəbələrarası marşrut fəaliyyətə başlayıb. Həmçinin qəsəbədaxili yeni şəbəkə üzrə marşrutların bir daha müsabiqəyə çıxarılması nəzərdə tutulub. Tələbat müəyyən edilən ərazilərə əlavə xətlərin təşkili məsələsinə baxılacaq".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri