Binə qəsəbəsində evlərə çirkli su axır VİDEO
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində mərkəzləşmiş kanalizasiya sistemi olmadığından aylardır ki, evlər, həyətlər çirkab içində qalıb.
Sakinlər deyirlər ki, su onların evlərinə gedən yolu da bərbad vəziyyətə salıb, bu səbəbdən əraziyə nə taksi, nə də digər avtomobillər gəlir.
Sakinlər bildirirlər ki, aidiyyəti qurum tərəfindən əraziyə dəfələrlə baxış keçirilsə də, heç bir iş görülməyib. Bu səbəbdən onlar çirkli suları dəfələrlə öz hesablarına çəkməli olublar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil.
“ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihənin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər də nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq aparılır”,- deyə qurumdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

