Icma.az
close
up
RU
Binəli Yıldırım: Ortaq türk əlifbası və türk tarixi layihələri TDT nin ən mühüm inteqrasiya təşəbbüslərindən biridir

Binəli Yıldırım: Ortaq türk əlifbası və türk tarixi layihələri TDT nin ən mühüm inteqrasiya təşəbbüslərindən biridir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Ağsaqqallar Şurasının dövlət başçılarına və hökumətlərə təqdim etdiyi tövsiyə qərarları Türk Dövlətləri Təşkilatı (TDT) zirvələrinin yekun bəyannamələrində və dövlət rəhbərlərinin çıxışlarında yüksək qiymətləndirilib. Bu fakt Şuranın fəaliyyətinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, gələcək işlər üçün motivasiyanı və məsuliyyəti daha da artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 4-də TDT-nin Ağsaqqallar Şurasının 18-ci iclasında çıxış edən Türkiyə Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Budapeşt və Qəbələ zirvələrində bu ənənə davam etdirilib, Ağsaqqallar Şurasının 17-ci iclasında qəbul edilən bəyanat dövlət başçıları tərəfindən məmnuniyyətlə qarşılanıb”, - deyə Binəli Yıldırım bildirib.

O qeyd edib ki, bəyanatbu gün keçirilən iclasda da ətraflı şəkildə müzakirə olunacaq. Onun sözlərinə görə, Ağsaqqallar Şurasının təşəbbüsü ilə həyata keçirilən ortaq türk əlifbası və ortaq türk tarixi layihələri TDT-nin ən mühüm inteqrasiya təşəbbüslərindən biridir: “Bu iki layihə ortaq mədəni irsimizin möhkəmləndirilməsi, Türk dünyasının elmi və mənəvi inteqrasiyasının dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ortaq mədəni kimliyimizin gələcək nəsillərə ötürülməsi baxımından bu qərarlar tarixi xarakter daşıyır”.

Binəli Yıldırım qeyd edib ki, Bişkek zirvəsində dövlət başçıları bu prosesə tam dəstək ifadə edib və layihələrin reallaşmasını məmnuniyyətlə qarşıladıqlarını bildiriblər. O, həmçinin Qəbələ Zirvə Bəyanatında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mühüm bir qərarın qəbul edildiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin təklifi ilə üzv dövlətlər və türk əməkdaşlıq təşkilatları 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasına dəvət olunub. Bu tədbir türk dilləri üçün ortaq latın qrafikalı əlifbanın qəbuluna doğru ilk addım kimi böyük tarixi əhəmiyyət kəsb edir”.

O vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası Türk dünyasında elmi, mədəni və mənəvi birliyin möhkəmləndirilməsində mühüm strateji missiya daşıyır və Şuranın fəaliyyəti bu istiqamətdə ardıcıl şəkildə davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri