Ötən gündən Nərimanov rayonunda içməli su PROBLEMİ VAR
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Bakıda Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, ötən gün axşam saatlarından etibarən Ağa Nemətulla 47, 49, 50 ünvanlarına içməli su verilmir.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, suyun kəsiləcəyi ilə bağlı bir gün əvvəldən əhaliyə xəbərdarlıq edilib.
"Magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi işləri ilə əlaqədar Nərimanov rayonunun bəzi ərazilərinə iyulun 10-u günorta saatlarına qədər suyun verilməsində fasilə yaranacağı ilə bağlı məlumat verilib. Bu gün günortadan sonra suyun verilməsi bərpa ediləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Baxış sayı:137
Bu xəbər 10 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















