Icma.az
close
up
RU
“Binokl diplomatiyası”: Fransa nəyə nail olmaq istəyir?

“Binokl diplomatiyası”: Fransa nəyə nail olmaq istəyir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Fransa növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib.

Bu dəfə isə adıçəkilən ölkənin xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini deyib:

“Ümid edirəm ki, Ermənistanda yerləşdirilən Avropa missiyası genişləndiriləcək. Bununla da Ermənistan-Azərbaycan sərhədində bu gərginliyi müşahidə edə və nəzərətdə saxlaya bilərik”. Bununla da rəsmi Paris özünə aid olmayan məsələlərə müdaxilə cəhdlərinə davam edir. Üstəlik, nazir Azərbaycan-Ermənistan sərhədində hansısa gərginlik olduğunu iddia etməklə həm beynəlxalq ictimaiyyəti aldadır, həm də təxribat törədir. 

Görünən odur ki, Fransanın bu mövqeyi regionda gərginlik yaratmağa hesablanıb. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransanın xarici işlər naziri bu sözləri ilə ölkəsinin niyyətini də ifadə edib:

“O, Azərbaycan-Ermənistan sərhədində gərginliyi müşahidə etməyi planlaşdırdıqlarını deməklə əslində, bu gərginliyin formalaşmasında maraqlı olduqlarını bir daha gündəmə gətirir.Fransa Azərbaycanla Ermənistan arasındakı məsələlərin olduqca gərgin olduğu fikrini beynəlxalq ictimaiyyətin beyninə təlqin etmək istəyir.Hətta özlərinin də Avropa İttifaqı missiyasında iştirakı ilə sərhəddə baş verə biləcək hansısa hərbi qarşıdurmanın qarşısını alacağını iddia edir. Lakin regionda gərginliyin olmasında Fransa başda olmaqla, bir sıra ölkələr maraqlıdır. Bu gərginlik fonunda isə hansısa qismdə Ermənistan üzərindən bölgəyə nəzarət etmək hədəfləri var. 

Bu məqsədlə də bölgəyə özlərinin “mülki müşahidə missiyası” adı altında kəşfiyyatçı qruplarını göndəriblər. Sərhəddə “binokl diplomatiyası” həyata keçirməklə və beynəlxalq ictimaiyyətə mesajlar verməklə guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldıqlarını deyirlər”.Millət vəkili qeyd edib ki, Fransa regionda olmasa iki ölkə arasında eskalasiya və ya müharibə ola biləcəyini bəyan edir:

“Əlbəttə ki, bu tam olaraq yalan və blefdir. Bu, Fransanın hədəflədiyi niyyətə çatmaq üçün özünü sərgilədiyi mövqedir. Bu tip açıqlamalarla beynəlxalq ictimaiyyəti aldatmaq istəyirlər.Əgər Fransa başda olmaqla Avropa qüvvələri regionda olmasa, habelə Ermənistanı silahlandırmasalar bölgədə qısa müddət ərzində sülhə və sabitliyə nail olmaq olar. Üstəlik, tərəflər arasında sülh sazişinin imzalanması tezləşər.

Bundan başqa, Ermənistan müstəqil siyasət yürüdərsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıra bilər. Bu da bütövlükdə Ermənistanın özünə ilk növbədə iqtisadi olmaqla çox böyük dvidentlər gətirər.Beləliklə, bölgədə də dayanıqlı sülhə nail olmaq mümkündür. Əslində, Fransa bu işlərə qarışmasa, daha tez münasibətlər normallaşa bilər.Fransa faktiki olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaqla özünün uzaqgörən məqsədlərinə çatmaq istəyir. Rəsmi Paris hər yolla öz məkrli siyasətini bu və ya digər formada regionda yürütməyə çalışır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Deputat millət vəkili Arzuxan Əlizadə Azərbaycan Fransa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri