Icma.az
close
up
RU
“Binokl şousu”nun növbəti QONAĞI Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ?

“Binokl şousu”nun növbəti QONAĞI Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ermənistana səfərə gələn Polşa prezidenti Anjey Duda fransızsayağı hərəkət edib. O, Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib.
Polşa Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Prezident burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb.
Görüş zamanı çıxış edən Dudanın açıqlamaları isə birmənalı qarşılanmayıb:
“Avropa İttifaqından olan ekspertlərin iştirakının məqsədi münaqişə tərəfləri arasında razılıq əldə etmək və eyni zamanda münaqişə və sərhəd bölgəsində baş verənləri müşahidə etməkdir”.
Polşa prezidenti hesabı qarışdırıb?
Amma Duda Naxçıvanla sərhədə boş yerə gedib. Çünki münaqişə bu ərazilərdə yox, Ermənistanın Şərq hissəsindəki sərhədlərində olub. Ona görə də həm Aİ müşahidəçilərinin, həm də Dudanın Naxçıvanla sərhəddə peyda olması xeyli sual doğurur.
Əslində polşalılar özləri də bu səfərin əsl mahiyyətini gizlətmək üçün müxtəlif versiyalar irəli sürürlər. Guya ki, Dudanın məqsədi missiyaya daxil olan polyaklarla  görüşmək olub. Nəzərə alaq ki, Aİ-nin Ermənistandakı missiyasının müavini Polşa vətəndaşı Marek Kuberskidir. Polşa prezidenti Ermənistanda olarkən özünə borc bilib ki, Kuberski ilə görüşsün. Amma bu tezisi irəli sürən Polşa mətbuatı nədənsə Dudanın Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşü barədə daha geniş yazıblar.
Üstəlik, Dudanın binoklla Azərbaycan torpaqlarını seyr etməsini də videoformatda yayımlayıblar. Amma onu yazmayıblar ki, Duda Naxçıvan ərazisində nə görmək istəyib. Axı, hərbi toqquşmalar tam fərqli coğrafiyada baş verib.
Məntiqlə həm Aİ missiyası, həm də Duda Gorus, Qafan, Basarkeçər və yaxud da Tavuzqalaya gəlməli idi. Deməli, Polşa prezidentinin məqsədi münaqişə bölgəsində qarşı tərəflərin ordularının dislokasiyasını izləmək yox, emosiyaları qızışdırmaq, siyasi təxribat törətməkdir.
Nəzərə alaq ki, Duda 13 illik prezidentliyi dövründə ilk dəfə Ermənistana gəlib. Amma bir qədər gecikmiş səfəri zamanı o, fransızsayağı ermənipərəstlik nümayiş etdirib.
Beləki, Duda Ermənistanda deyib ki, Polşa Ermənistanı “Avropa ailəsinə” yaxınlaşdırmaq üçün hər şeyi edəcək. O bununla kifayətlənməyərək “münaqişə”nin Ermənistanın maraqları baxımından həlli üçün əllərindən gələni edəcəkləri vədini də verib.
Polşalılar da fransızlardan nümunə götürür
Polşa liderinin həm son səfəri, həm onun  “durbin diplomatiyası” gizli planlardan xəbər verir. Ən başlıcası Polşa bu addımları ilə Fransayla həmrəylik nümayiş etdirir. Məlumdur ki, Azərbaycanın qətiyyəti hesabına Fransanın müstəmləkəçilik siyasəti ifşa olunub. Nəticədə bir çox Avropa ölkələri ilə yanaşı Fransa neokolonizmindən əziyyət çəkən dövlətlər də Azərbaycanın yanında yer alıb. Bu da təbii ki, Azərbaycanın artan siyasi gücünü göstərməklə yanaşı bəzi Qərb ölkələrini ciddi şəkildə narahat edir.
Həmin ölkələrdən biri də Polşadır. Rəsmi Varşava açıq şəkildə Azərbaycana qarşı çıxmsa da, Dudanın sərhədimizə qədər gəlməsi çox mətləblərdən xəbər verir.
Nəzərə alaq ki, “binokl diplomatiyası” Fransanın icadıdır. Elə sonuncu dəfə bu yaxınlarda Fransanın Ermənistandakı səfiri də Ermənistan-Azərbaycan sərhədində olub və durbinlə Azərbaycan ərazisini müşahidə edib. Ən əsası rəsmi Bakının ünvanına bir sıra təxribat xarakterli bəyanatlar verib.
Rəsmi Bakının cavabı
Bu günsə Polşa prezidenti eyni addımı atır. Doğrudur, Azərbaycan diplomatik kanallarla Polşaya öz etirazını çatdırıb. Ötən gün Azərbaycan Xarici işlər Nazirliyi  Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.
“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”.
 

Bundan əlavə, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.


Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Bu da o deməkdir ki, Dudanın “dürbün diplomatiyası” Polşa ilə Azərbaycan arasında diplomatik böhrana səbəb ola bilər. Belə vəziyyətdə isə hər şey rəsmi Varşavanın yaxın günlərdə verəcəyi açıqlamadan asılıdır.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2024 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri