Bioloji sutka bizdə 24 yox, bəzən 48 saata çevrilir SOSİOLOQ DANIŞDI
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Beynəlxalq aləmdə qəbul edilmiş bir fikir var ki, 20-ci əsr sürət əsridir, elmi tərəqqi əsridir. Amma 21-ci əsr hiper-sürət əsridir. İnsanlar məcburdurlar ki, zamanın bu kosmik sürətinə öz həyatlarını uyğunlaşdırsınlar. Kim uyğunlaşdıra bilmirsə, o geridə qalmış olur. Virtual aləm, internet, İKT anidən dünyanın istənilən yeri ilə əlaqə saxlamaq kimi sürət imkanları zamanı da sürətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultoloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bioloji sutka bizdə artıq 24 yox, bəzən 36, bəzən isə 48 saata çevrilir: “Çünki bir gün ərzində bizim babaların əsrlər boyu elədiyinin 10 qatını biz edə bilirik. Eyni vaxtda kitab oxuya bilirik, musiqi dinləyirik, virtual səyahətə çıxa bilirik, virtual ticarət edə bilirik, evimizə yeməyi də virtual sifariş veririk. Banka getmədən əməliyyatlar aparırıq, öz işçilərimizi məsafədən idarə edə bilirik və onlara tapşırıqlar verə bilirik. Eyni vaxtda Çindən, Amerikadan, ya da Türkiyədən mallar sifariş veririk, öz ticarət məkanlarımızda satışını təşkil edirik. Bütün bu sürətə dözmək üçün insan beyni əlbəttə ki, yeni texnologiyalardan, informasiya texnologiyalarından mütəmadi xəbər tutmalı və hər gün öz üzərində işləməlidir. Bəzən bizim insanlar tənbəldirlər, işləmirlər və zamandan şikayət edirlər. Zaman isə hər kəsə eyni imkanı yaradır. Mümkün deyil ki, zaman birinə çoxlu imkan, digərinə az imkan versin. Sürət baxımından da, vaxt baxımından da, imkanlar baxımından da sadəcə, kim fundamental elmlə məşğul olub, kim yaxşı təhsil alıb, kim yaxşı sənətə yiyələnib, kim bacarıqlıdırsa, kimin elmi ilə əməli birləşib, yeniliklərə açıqdırsa və durmadan işləyirsə, o, zamanın heç bir baryerindən qorxmamalıdır. O, sədləri keçməyi bacarmalıdır və necə ki, bir çox insanlarımız bunu bacarırlar. İnsani münasibətlərdə bir tərəfdən biz doğmalığın zəiflədiyini, soyuduğunu görürük, amma digər tərəfdən həddindən artıq çoxlu insanlarla eyni vaxtda “WhatsApp” və sosial şəbəkələr vasitəsilə ünsiyyətin şahidi oluruq. Biz illərlə kiminsə evinə getmirdik, amma indi internet bizə imkan verir ki, video görüntü ilə həmin insanlarla münasibət saxlayaq. Biz illərlə fikir vermədiyimiz insanların şəbəkəsini yaradırıq və o şəbəkədən yararlanaraq həm özümüzü inkişaf etdiririk, imkanlar yaradırıq, həm də digərlərinin inkişafına səbəb oluruq. Baxın, təhsil sistemimizdə problemlər, elmi potensialımızın zəifləməsi, texnologiyaya açıq olmamağımız, startuplara fikir verməməyimiz, yeni İKT imkanlarından yararlanmamağımız, öz iş yerlərini, biznesini qurmamağımız, bacarığına inanmamağımız, bütün bunlar gətirib çıxarır ki, insanlar hər şeyi günahlandırırlar: zamanı da, zamanın sürətini də, yeni həyat tərzimizi də, insanlarla olan münasibətləri də. Heç kim sizə indiki dövrdə gəlib öz həll açarını verməyəcək. Heç kim sizə bu açarı verməyəcək.
Ümumiyyətlə, mən onun tərəfindəyəm ki, yapon düşüncə tərzinin və Şimali Koreya düşüncə tərzinin ki, heç kim heç kimə kömək etməməlidir. Hər kəs özünə imkan yaratmalı, o imkanlardan da istifadə etməlidir. Əgər varlanırsa, cəmiyyətin inkişafı ilə bağlı böyük problemlərə kapital yönəldə bilər. Amma cəmiyyətin aşağısında olan, tənbəl, işləməyi sevməyən, üzüyola, ianələr gözləyən, dilənçiliyə alışmış adamlara kömək etmək kimi bir düşüncə tərzindən qurtulmalıyıq. Çünki o, bizim həyat tərzimizə mane olur. Həyat sürətli deyil, həyat tərzimiz sürətlənməlidir. Biz öz həyat tərzimizi zamanın sürətinə uyğunlaşdırmalıyıq. Yoxsa həmin sürət bizi məhvə çıxara bilər. Elektron oxu, məsafəli təhsil, virtual mütaliə və s. imkanlardan istifadə edən insanlar sürətli həyat tərzinə uyğunlaşaraq ondan çoxlu pul qazanmağa başlayırlar. Son illər süni intellekt tədbirləri vasitəsilə milyarder olan cavan uşaqlara baxın Avropada, Hindistanda və digər ölkələrdə. Hətta azərbaycanlıların içində belə İKT-dən varlanmış və onun sürətinə cavab verən parmakla sayılacaq gənclər görürük. Amma təəssüf olsun ki, Azərbaycan cəmiyyəti kifayət qədər yüksək intellektual səviyyəyə və təhsil potensialına malik olmadığı üçün bu sürətə cavab vermir. Böyük ehtiyaclarımız gözləyir ki, pul bizə Latviyadan gəlsin, ya da kimsə bizə kömək etsin. Varlı adam, varlı qohum, vəzifədə olan day-dayımız bizə şərait yaratsın. Amma sizə heç bir şərait yaradılmayacaq. Sizə şəraiti məhz birbaşa zaman yaradır. O zamanın da o sürətindən istifadə edib, siz özünüz üçün fürsət yaratmalısınız. Çox qəribədir ki, dünyanın inkişaf etmiş ölkələrinə baxın: Çində, Şimali Amerikada, Cənubi Koreyada, hətta qardaş İran və Türkiyə kimi ölkələrdə belə, sürətdən və zamandan şikayətlənən çox az adam var. Orada müəyyən mənada, məsələn, İranda indi bilirsiniz ki, siyasi proseslərlə bağlı hakimiyyətə qarşı mitinqlər edilir. Amma onlar zamanı pisləmirlər. Onlar deyirlər ki, bizə dövlət şərait yaratdı, o şəraitdən biz istifadə edək, yeni həyat tərzinə keçək, sürətli həyat tərzinə cavab verə biləcək münasibətlər quraq.
İnsanlar bu baxımdan da bu düşüncə tərzinə tezliklə alışsalar, öz həyatlarında tətbiq etsələr, tezliklə varlanacaqlar, cəmiyyətlərini varlandıracaqlar, dövlətlərini də inkişaf etdirəcəklər. Və necə ki, 44 günlük və 24 saat ərzində biz getdik, Qarabağda çox sürətli əməliyyat keçirdik, sürətli manevrlərlə, hiper-sürətli əməliyyatlarla qalib gəldik, vətənimizi birləşdirdik eləcə də insani münasibətlərdə və fərdlərdə də bu sürətli əməliyyat və sürətli fəaliyyət tərzindən istifadə edib böyük uğurlar qazana bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















