Icma.az
close
up
RU
Bioloqların sevimli müəllimi

Bioloqların sevimli müəllimi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həyatda bacarıq və zəhmətlə çox şey qazanılır. Lakin qandan, candan gələn, mənəviyyatı formalaşdıran özəllik insanın özü ilə birgə doğulur, onu ucaldır, sevdirir. Ədalət müəllim də insani keyfiyyətləri ilə özünə hörmət qazanan soydaşlarımızdandır. O, həmişə ədaləti soraqlayıb. Həmişə haqqa tapınıb, doğruluğu, dürüstlüyü ilə nümunə olub. Müdriklərin gözəllik və elmlə dolu bir kuzə saydıqları dünyanın işlərindən baş çıxarmaq üçün elmin çətin yollarında yorulmadan irəliləyib. Elm aləmində özünü təsdiqləyib ki, bir gün geriyə boylananda “boşuna ömür sürdüm”, – deyə peşmanlıq hissi keçirməsin. Elə keçirməyib də...

Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Üzünü belə xatırlamadığı atası müharibədə həlak olmuş, anası 3 uşaqla qalmışdı. Olduqca çətin şəraitdə yaşayan, çörəyin belə tapılmadığı bir zamanda kitab-dəftər həvəskarı olan uşaq üçün həyat yalnız arzulardan ibarət idi. O, bacardığı qədər anasına kömək edir, bununla bərabər kitabı əlindən yerə qoymur, yazıb-oxumaqdan usanmırdı. Masallı rayon onillik orta məktəbi əla qiymətlərlə başa vurur və sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir. Bir zamanlar əlçatmaz, ünyetməz arzuları reallaşır: tələbə adını qazanır. Həm təhsildə, həm də ictimai işlərdə müəllimlərinin etimadını doğruldur. 1963-cü ildə ADPU-nun biologiya-kimya fakültəsini fərqlənmə diplomu ilə bitirir və institutda saxlanılır. 
34 yaşında – 1970-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasında fərdi inkişafda ionlaşdırıcı şüalanmanın təsirinin qanunauyğunluqları öyrənir və müəyyən edir ki, keçid dövründə orqanizmin rezidentliyi, metabolizmin mərhələləri müəyyən hədd daxilində dəyişir.
Neyromediatorların ­miqdarında və onların metabolizmində iştirak edən fermentlərin aktivliyinin müxtəlif yaş qrupuna mənsub olan heyvanların baş beyninin limbik strukturlarında müxtəlif müddətli acqalma şəraitində aşkar edilən dəyişmələrin düzgün şəkildə əsaslandırılması mütəxəssislərin diqqətini cəlb edir. Ədalət Fərəcovun tədqiqat işlərini yüksək qiymətləndirən elm adamları onun biokimya və fiziologiya ixtisaslarından elmlər dokturluğu dissertasiyası müdafiə etməsinə razılıq verirlər.
 1990-cı ildə eksperimental hissəsi baş beynin limbik strukturlarında fizioloji, morfoloji və biokimyəvi proseslərin funksional vəhdətini və qanunauyğunluqlarını əhatə edən “Qida deprivisiyasının baş beynin limbik strukturlarında neyromediatorların postnatal ontogenezdə metabolizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiyanın laborator işləri ADPU-nun Fiziologiya kafedrasında, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda, Moskvada “Beyin İnstitutunda”, Kiyevdə A.M.Palladin adına Biokimya İnstitutunda tədqiq edilmiş, müəllifin bu mövzuda 40-dan artıq məqaləsi, tezisləri, 2 monoqrafiyası çap olunmuşdur.
 Tanınmış alim Moskva, Kiyev, Minsk, Almaniya, Fransa, Türkiyə, İran, Belçika, Kanada və s. ölkələrdə keçirilən forumlarda Azərbaycanı layiqincə təmsil etmiş, elmi işlərinin nəticələri 250-dən artıq məqalə və tezis şəklində dünyanın nüfuzlu elmi jurnallarında, konfrans materiallarında çap olunmuşdur. 21 nəfər onun rəhbərliyi ilə biologiya və tibb elmləri üzrə biokimya, biofizika, fiziologiya ixtisasından dissertasiya müdafiə etmiş, müxtəlif esktremal vasitələrin, xüsusilə etil spirtinin, farmakoloji maddələrin, radioaktiv şüalanmanın, o cümlədən uzunmüddətli acqalmanın canlı orqanizmə təsirini öyrənmişlər. Bu məqsədlə etil spirtinin müxtəlif konsentrasiyalı məhlulunun heyvan orqanizminə injeksiyası aparılmışdır. 
Etanolun baş beyində yaratdığı oyandırıcı və ləngidici effekti maddələr mübadiləsinə və fermentlərin aktivliyinə güclü təsir göstərir. Xüsusilə reseptorların morfologiyasının və funksional səviyyəsinin pozulması ilə nəticələnir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, əgər alkoqol prenatal ontogenezdə (doğuşdan əvvəl) tətbiq olunarsa, o zaman oyandırıcı neyromediatorların miqdarında azalma, tormozlandırıcı neyromediatorların səviyyəsində isə yüksəlmə aşkar olunur. Həmçinin neyromedioatorların mübadiləsində iştirak edən fermentlərin də aktivliyində dəyişmə qeydə alınır. Qida deprivisiyası sinir toxumasında metobalizm dəyişmələrinə, baş beyində oyanma və ləngimə arasında disbalansın yaranmasına səbəb olur. Xüsusilə ləngidici neyromediatorun miqdarının artması neyronları etanolun dağıdıcı təsirindən qorumağa istiqamətlənir.
Alim apardığı tədqiqatlarda belə bir nəticəyə gəlmişdir ki, yalnız etil spirti deyil, digər kimyəvi maddələr də baş beyində sinir hüceyrələrinə ciddi təsir göstərir. Narkotiklərin, alkoqolun təsirindən uşaq və yeniyetmələrdə ali sinir fəaliyyətində yaranan dəyişmələr böyüklərə nisbətən daha kəskin olur. 
Məzun olduğu institutun fiziologiya kafedrasında dosent, professor vəzifəsində işləyən Ədalət müəllim 1988-­1994-cü illərdə hərbi və fiziki təlim fakültəsinə dekan seçilir. Çox ağır və gərgin bir dövrdə bu məsuliyyətli işin ona tapşırılması əbəs deyildi. Onun vətənini, millətini sevən və eyni zamanda, məsuliyyətli və qayğıkeş insan olduğu çoxlarına bəlli idi. Ədalət müəllimi ölkəmizdə baş verən hadisələr çox narahat edir, o da hamının bir nəfər kimi səfərbər olub döyüş bölgələrinə getmələrinin, Vətənin müdafiəsinə qalxmalarının vacib olduğunu, uzaqdan tamaşaçı kimi seyr etmək yox, əsl hünər göstərmək məqamının çatdığını çox gözəl bilirdi. Lakin bunun kortəbii surətdə deyil, nizamlı, ölçülüb-biçilmiş formada olmasına çalışırdı.
15 ildən artıq respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışan Ədalət müəllimin Azərbaycan məktəblilərinin Almaniya, Belçika, Hindistan, Çin, Yaponiya, Koreya, Türkiyə, İran, Avstraliya, Kanada və Argentinada ölkəmizi layiqincə təmsil etmələrində böyük əməyi olmuşdur. Onun rəhbərliyi ilə beynəlxalq biologiya olimpiadalarında iştirak edən məktəblilərimiz ayrı-ayrı illərdə qızıl, gümüş və bürünc medallara layiq görülmüşlər.
7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifi olan Ədalət Fərəcov Azərbaycan elminin inkişafında öz sözünü deyən ziyalılarımızdandır. O, elmi, pedaqoji fəaliyyətində, ali və orta məktəblər üçün yazdığı dərslik və dərs ­vəsaitlərində insan orqanizminin tamlığının təmin olunması, neyrohumoral tənzimi mexanizminin qanunauyğunluqlarınının öyrənilməsi məsələlərinə xüsusi diqqət vermişdir. Tədqiqat işlərində uşaq orqanizminin inkişafında düzgün qidalanmanın, gigiyena qaydalarına ­riayət edilməsinin əhəmiyyəti, morfoloji-funksional sistemlərin və aparatların harmonikliyinin formalaşmasındakı əhəmiyyəti şərh olunmuşdur. Orqanizmin ətraf mühitə uyğunlaşmasında sinir sistemi və endokrin sistemlə yanaşı, immun sistemin də zəruriliyi göstərilmişdir. 
Eksperimental tədqiqatla yanaşı, Ədalət Fərəcovun radio-televiziya verilişləri, nüfuzlu qəzet və jurnal səhifələrindəki yazıları məzmun və mahiyyətinə, gənclərdə vətənpərvərlik ideyalarının təbliğinə görə müstəsna əhəmiyyət daşıyır. O, ümummilli lider Heydər ­Əliyevin əvəzolunmaz tarixi xidmətlərini, ölkə Prezidenti İlham ­Əliyevin xarici və daxili siyasətdəki uğurlarını daim təqdir etmişdir. Ədalət Fərəcov ulu öndər ­Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Azərbaycanın ən yeni tarixinə 91-lər adı ilə daxil olmuş görkəmli ziyalılarımızdandır. 
1994-cü ildən 2017-ci ilədək ­ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində neçə-neçə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etmiş Ədalət Fərəcov Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Elm və Təhsil Nazirliyinin “Əlaçı” döş nişanına, 2006-cı ildən ADPU-da keçirilən “İlin müəllimi” və “İlin alimi” müsabiqəsində 8 dəfə (4 dəfə tədrisdə, 4 dəfə elmdə) birinci yerə layiq görülmüşdür. 2000-ci ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin görkəmli ziyalısı” adını, 2001-ci ildə isə Mərkəzin qızıl medalını almışdır.
Prezident təqaüdçüsü, biologiya üzrə elmlər doktoru, professor Ədalət Fərəcovu tələbə olarkən müəllimlərinə, müəllim olarkən tələbələrinə sevdirən səmimiyyəti, elmə, təhsilə diqqət və qayğı ilə yanaşmasıdır. O, hər zaman müəllimlərindən miras qalan doğru-düzgünü, haqq-ədaləti müdafiə edib, tələbələrinin uğurlarına ürəkdən sevinib. XIII əsrdə yaşamış böyük mütəfəkkir, bəzən fikir və düşüncələrini anlamağa çətinlik çəkdiyimiz dahi filosof Cəlaləddin Rumi yazırdı:

Torpaq ol, torpaq ol ki, gül bitəsən,
Səndən rəngarəng güllər açsın.

Bəli, Ədalət müəllimin tələbələri, yetirmələri də rəngarəng güllər kimidir, elmimizin çiçəklənməsinə töhfələr verirlər. Bir müəllim, ziyalı, vətənpərvər insan ömrünün dəyəri də elə bundadır.

Mehparə ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see170

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri