Icma.az
close
up
RU
Biomühəndislikdə böyük uğur: Yeni nəsil buğda təqdim edildi

Biomühəndislikdə böyük uğur: Yeni nəsil buğda təqdim edildi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Con İnnes Mərkəzinin (Böyük Britaniya) alimləri biomühəndislik sahəsində mühüm elmi uğura imza ataraq, qeyri-adi dərəcədə böyük nişasta qranullarına (dənəciklərinə) malik yeni buğda növü yetişdiriblər. Bu kəşf orqanizmdə daha yavaş həzm olunan, insan sağlamlığı üçün faydalı çörək və makaron məmulatlarının istehsalına yol açır. Eyni zamanda yeni növ buğda emal prosesində iri qranullu nişastaya ehtiyac duyan un üyütmə, kağız, əczaçılıq, kosmetika, tekstil və biobiologiya sənayesi üçün də böyük iqtisadi səmərə vəd edir.

Nişasta insan rasionunda ən mühüm enerji mənbələrindən biridir və gündəlik qəbul edilən kalorilərin az qala yarısını təşkil edir. Onun qranullarının ölçüsü qidanın orqanizm tərəfindən nə qədər sürətlə həzm olunmasına birbaşa təsir göstərir. İri dənəciklər daha kiçik səth sahəsinə malik olduğu üçün həzm fermentlərinin onları parçalaması çətinləşir və proses yavaşlayır. Nəticədə nişastanın bir hissəsi bağırsağın aşağı şöbələrinə demək olar ki, dəyişilməz formada çatır. "Rezistent (davamlı) nişasta" adlandırılan bu maddə pəhriz lifləri kimi çıxış edərək faydalı mikrofloranı dəstəkləyir, qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Bu isə piylənmə və şəkərli diabet xəstəliyinin profilaktikasında müstəsna əhəmiyyətə malikdir. Sənayedə isə iri qranulların emalı daha asandır və onlar qatılaşdırıcı, eləcə də birləşdirici maddə kimi daha effektiv nəticə verir.

Tədqiqatçılar müəyyən ediblər ki, buğda dənəsində nişasta qranullarının böyüməsini iki əsas faktor məhdudlaşdırır: hüceyrə daxilindəki nişasta anbarında (amiloplastda) yer çatışmazlığı və çoxsaylı xırda qranulların resurslar uğrunda bir-biri ilə rəqabəti. Alimlər genetik manipulyasiyalar sayəsində bu məhdudiyyətləri aradan qaldırmağa nail olublar. Yeni yetişdirilən bitkilərdə həm hüceyrə daxilində daha çox boş yer formalaşır, həm də ilkin dənəciklərin sayı az olur. Nəticədə mövcud qranullar sərbəst şəkildə maksimum dərəcədə böyüyə bilir. Mikroskopik analizlər təsdiqləyib ki, bu üsulla nişasta dənəciklərinin ölçüsü 50 mikrometrə çatıb ki, bu da adi buğdadakı göstəricidən təxminən iki dəfə böyükdür.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri