Icma.az
close
up
RU
Bir ay ərzində İranda 144 nəfər edam edilib hüquq müdafiəçiləri

Bir ay ərzində İranda 144 nəfər edam edilib hüquq müdafiəçiləri

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Son bir ildə İranda 811 nəfər edam edilib, bu da dünyada icra edilən ölüm cəzalarının 75 faizini təşkil edir..."

BMT Baş Assambleyası o cümlədən həddi-buluğa çatmayanlara qarşı ən ağır cəzanın geniş tətbiq edilməsinə görə Tehranı ittiham edən qətnamə qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.

Hüquq müdafiəçilərinin məlumatlarına görə, son ay ərzində İranda edamların sayı kəskin surətdə artıb.

Hüquq müdafiəçilərinin informasiya agentliyinin (HRANA) bu günlər açıqladığı hesabatında deyilir ki, 23 oktyabr-21 noyabr arası bir ay ərzində ən azı 133 nəfər edam edilib.

Onlardan biri ictimaiyyət qarşısında həyata keçirilib. Bu dövdrə 24 yeni ölüm cəzası verilib, əvvəllər çıxarılan yeddi ölüm cəzası isə məhkəmələr tərəfindən təsdiq edilib.

HRANA qeyd edir ki, İranda edamlar çox vaxt lazımi prosessual normalara riayət edilmədən həyata keçirilir ki, bu da məhkəmə proseslərinin ədalətli olduğu ilə bağlı ciddi suallar yaradır. 

Edam edilənlər arasında bir neçə siyasi məhbusun və 2022-ci ildə İranda etiraz aksiyaları iştirakçılarının olması ən ağır cəzanın siyasi yadfikirliliyin qarşısının alınması aləti kimi tətbiq edildiyi ilə bağlı narahatlığı artırır.

Son ayların statistikası edamların sayının dayanıqlı artması meylini təsdiq edir. Oktyabrın əvvəlində HRANA məlumat verib ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrınadək olan dövr ərzində ölkədə ən azı 811 nəfər edam edilib.

İranda belə yüksək göstərici, demək olar ki, son on il ərzində müşahidə edilməyib. Bu dövrdə edam edilənlərin 23 nəfərini qadınlar təşkil edib.

2023-cü ilə dünyada icra edilən ölüm cəzalarının 75 faizi İranın payına düşür, hüquq müdafiəçiləri məlumat verib.

İranda açıq edamlar

İranda insan haqları problemi beynəlxalq birliyinin diqqətini cəlb edib.

Bu həftə BMT Baş Assambleyasının Üçüncü komitəsinin qəbul etdiyi qətnamədə İran xüsusilə məcburi etiraflar əsasında məhkum edilənlərin və həddi-buluğa çatmayanların edam edilməsinin geniş yayılmasına görə pislənilir.

Qətnamədə bir çox hallarda ədalətli məhkəmə araşdırmasının  və lazımi hüqiqi prosedurlarının olmaması qeyd edilir.

Qətnamə 77 səs lehinə, 28  səs əleyhinə olmaqla qəbul edilib, bu zaman 66 nəfər bitərəf qalıb. O cümlədən Rusiya, Belarus, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Çin, Kuba və KXDR qətnamənin əleyhinə səs verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri