Bir ay əvvəl işdən çıxarılmışdı Yeni vəzifəyə təyin olundu
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın tanınmış pediatrı Azər Əhmədova yeni vəzifə verilib.
O, Universal Hospitalın direktoru təyin edilib.
A.Əhmədov bundan öncə Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 13-də vəzifəsindən azad olunub.
Qeyd edək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb.
2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü və 2024-cü illərdə “Ege Hospital”da pediatr kimi çalışıb. /yenisabah/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 İyun 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















