“Bir az da alqışlasanız, Nobeli Trampla paylaşa bilərəm” Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Sülhün bərqərar olunması və beynəlxalq hüququn möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə 2026-cı il Nobel Sülh Mükafatına layiq görülən Cənubi Afrikalı hüquqşünas Navi Pillay ABŞ Prezidenti Donald Trampın bu mükafatla bağlı iddialarına yumorla münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, mükafatı qazandığı xəbərini Nürnberqdə insan hüquqları müdafiəçiləri ilə birgə olduğu zaman öyrənən Pillay zalda onu alqışlayan həmkarlarına zarafatla müraciət edib: “Bir az da alqışlasanız, bu mükafatı Trampla paylaşa bilərəm”.
Tədbir zamanı Qəzzada baş verən hadisələri “soyqırımı” kimi qiymətləndirən hesabatı üzərində işlədiyini xatırladan Pillay, bu addımına görə ona cəsarətli dediklərinə təəccübləndiyini bildirib: “Həqiqəti demək niyə cəsarət tələb etməlidir ki?”
Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard Pillayın mükafat xəbərini aldığı anın görüntülərini sosial medianın “X” platformasında paylaşıb: “İnanılmaz bir andır. Navi Pillay Nobel Sülh Mükafatını qazandı. Hazırda Nürnberq Məhkəməsində bir yerdəyik. Bu mükafat üçün bundan daha güclü və mənalı bir simvol düşünə bilmirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Oktyabr 2026 04:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















