Bir daha Himnimiz haqqında
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kamil Şahverdi
III yazı
(əvvəli BU LİNKDƏ)
Baxmayaraq ki, bu əsər artıq ölkəmizin hər yerində, hər tədbirdə qürurla səslənirdi, biz istəyirdik ki, Üzeyir bəyin ocağında, Azərbaycan Dövlət konservatoriyasında "Azərbaycan Marşı"nı canlı ifasını təşkil edək. Konservatoriyanın o vaxtkı rəhbərliyi nə qədər çalışsa da bizi iradımızdan döndərə bilmədi. Nəhayət 1990-cı il may ayının 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyasının böyük zalında 28 May ADR-in 72-ci il dönümünə həsr olunmuş möhtəşəm tədbirimiz baş tutdu. Böyük zalda anşlaq idi. Oturacaqların hamısı tutulduğundan xeyli sayda insan tədbiri ayaq üstə izləyirdi. Professor-müəllim heyətinin demək olar ki, hamısı (rektor Elmira Abbasovadan başqa) tədbirdə iştirak edirdi. Ölkənin tanınmış ziyalıları dəvət olunmuşdu. Beləliklə, Üzeyir bıyin ocağında onun 70 il vətəndən uzaq düşmüş "Azərbaycan Marşı" istedadlı mütıxəssis Zərifə İsmayılovanın rəhbərliyi və idarəsi ilə konservatoriyanın birləşmiş xoru tərəfindən yüksək peşəkarlıqla ifa olundu. Bu tarixi bir hadisə idi. Eyni zamanda Üzeyir bəyin ruhu qarşısında ehtiram idi. Əsərin necə ruh yüksəkliyi ilə qarşılandığını sözlə ifadə etməyə çətinlik çəkirəm. Bir daha aydın oldu ki, "Azərbaycan Marşı" Azərbaycanın tale yükünü özündə daşıyan müqəddəs bir əsərdir.
1992-ci il mayın 26-da axşam Cövdət Hacıyev və Aydın K. Azim televiziyaya gəldilər. Xəbərlər proqramından sonra bizim bizim verilişimiz canlı yayımlandı. Olduqca maraqlı veriliş alındı. Canll klassik Çovdət Hacıyevin verilişimdə iştirak etməsindən fərəh, qürur hissi keçirirdim. Cövdət Hacıyev efirlərə tez-tez çıxan adam deyildi. Sonuncu dəfə nə vaxt televiziyada çıxış etməsi heç xatirimdə deyil. Ustad bəstəkar Cövdət Hacıyev və dərin zəkaya, endiklopedik biliyə malik Aydın K. Azimlə bir saata yaxın maraqlı söhbətimiz oldu. "Azərbaycan Marşı" peşəkarlar tərəfindən incələndi, yazılma tarixindən, forma və emossional təsirlərindən danışıldı. Çox heyifslənirəm ki, həmin tarixi verilişin lent yazısı qalmayıb. Əslində Azərbaycan Televiziyasının zəngin arxivi var və efirə gedən bütün vacib verilişlərin lent yazısı qorunur. Hələ də ümid edirəm ki, bəlkə hardansa çıxacaq bu verilişin yazısı. Mənim 30 illik televiziya təcrübəmdə ən maraqlı verilişlərdən biri idi bu. Verilişin sonunda mən elan etdim ki, sabah Milli Məclisdə "Azərbaycan Marşı" dövlət himni kimi təsdiq olunacaq və bundan sonra hər gün radio və televiziyamız bu möhtəşəm əsərlə efiri açacaq və bağlayacaq.
Milli Məclisdə Dövlət Himni ilə bağlı məsələ müzakirəyə çıxarılmaya bilərdi.
1992-ci il 27 may günü saat 10-da Milli Məclis işinə başlamalı idi. Bir neçə məsələ, o cümlədən də Dövlət Himni müzakirə olunaraq səsverməyə çıxarılmalı idi. Səhər işə gələn kimi Milli Məclisdə çəkiliş qrupu ilə əlaqə saxladım. Ordan bildirdilər ki, iclas hələ başlamayıb və nə vaxt başlayacağı da məlum deyil. Bir qədər keçdikdən sonra televiziyanın texniki şöbəsinə qalxdim. Milli Məclislə televiziya arasında xüsusi rabiyə qutulmuşdu bə orda aparılan çəkilişlər texniki şöbədə yazıya alınırdı. İçəri girdim və monitorlarda Milli Məclisin iclas zalını demək olar ki, boş gördüm. 5-6 nəfər kürsülərdə əyləşib mürgüləyirdi. Ara-sıra kimlərsə zala daxil olub sonra çıxırdılar. Demək ki, deputatlar hələ gəlib çıxmamışdılar. Artıq saat 11 idi. Təxminən 35-40 dəqiqıdən sonra bir daha gəldim texniki şöbəyə. Yenə həmin mənzərəni gördüm. Çox həyəcanlanmışdım. Başa düşürdüm ki, iclas baş tutmaya bilər. Nəhayət saat 12-də zalda canlanma baş verdi. Bəzi deputatlar zala daxıl olub yerlərində əyləşdilər və Milli Məclis sədrinin birinci müavini Təmerlan Qarayev sədr kürsüsündə görsəndi. Belə tarixi gündə, dövlət əhəmiyyətli məsələdə iclasa Milli Məclisin sədri İsa Qəmbər deyil, Təmerlan Qarayev sədrlik edirdi.
Milli Məclisin 27 may 1992-ci il iclası professor Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabında geniş işıqlandırılıb. Rəsmi sənədlərə, Milli Məclis Fondunun materiallarına istinad edilərək həmin iclas zamanı deputatların çıxışları, müzakirələr, mübahisələr tam dəqiqliklə verilib. Maraqlananlar 2024-cü ildə Bakıda "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunmuş Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabını əldə edib oxuya bilərlər. Professor Asif Rüstəmli ilə bəzi məsələlərdə aramızda fikir ayrılığı olsa da, kitab qiymətli məlumatlarla zəngindir. Geniş tədqiqat işi aparılmış və bir çox tarixi həqiqətlər ilk dəfə işıq üzü görmüşdür. "Azərbaycan Marşı"nın yazılma tarixi, günümüzə qədər keçdiyi yol, mühacir həyatı yaşamağa məcbur edilən görkəmli fikir adamlarımızın bu əsərin qorunmasında göstərdikləri xidmət və başqa dəyərli məlumatlar kitabda peşəkarlıqla toplanmışdır. Milli Məclisin 1992-ci il 27 may tarixində himnlə bağlı aparılan müzakirələr də rəsmi faktlara əsaslanaraq geniş və dəqiq işıqlandırılılıb.
Mən həmin iclası seyr etmişdim. Bütün hadisəlır dəqiqliyi ilə yadımdadlr. Ona görə də Milli Məclisin 27 may tarixli iclası ilə maraqlananlar Asif Rüstəmlinin kitabının həmin iclasla bağlı bölümündən yararlana bilərlər. Mən isə rəsmi məlumatlarla yanaşı sizə sənədlərdə əks olunmayanlar haqqında da məlumat vermək istəyirəm.
Milli Məclisdəki acınacaqlı vıziyyəti seyr etmək çox ağrılı idi.
Milli Məclisin tarixi iclas saat 10:00-a çağırılsa da, saat 12-də öz işinə başladı. Milli Məclisin sədri İsa Qəmbər bu tarixi əhəmiyyətli iclasda iştirak etmirdi. İki saat gec başlayan iclasa Milli Məclis sədrinin müavini Təmerlan Qarayev sədrlik edirdi. Saat 12-də başlayan iclasda isə himnin müzakirəsi və səsə qoyulması heç gündəliyə daxil edilməmişdi. Deputat Sabir Rüstəmxanll 28 May-ADR-in 74-cü ildönümü ilə əlaqədar bu günkü iclası himnin qəbulu ilə başlamaq təklifi Tamerlan Qarayev tərəfindən qəbul edilmədi. Sabir Rüstəmxanlı çıxışında qeyd etdi ki, 28 May bayraml ərəfəsində Milli Məclisin sonuncu iclasına toplaşmışıq. İclası himnin qəbuli ilə başlamağı arzulayıram. Təmerlan Qarayev ona cavabında bildirdi: "O məsələ hazır olanda o saat baxarıq, hələ hazır deyil!"
Tamerlan Qarayevin vaxtı uzatması aydınhiss olunurdu. Eyni zamanda deputatlara "Azərbaycan Marşı"nın çox qüsurlu mətni paylanmışdı. Sabir Rüstəmxanlı buna da etirazını bildirdi. Lakin Tametlan Qarayev bu məsələyə heç bir reaksiya vermədi. Hətta daputat Sabir Rüstəmxanlı qüsurlu mətnin hələ aylar əvvəl deputatlara paylandığını yada saldı və komissiya üzvlərinə belə qüsurlu mətnin heç kimə verilməməsini tapşırdıqlarını xatırlatdı.
Saat 13:30-da Tamerlan Qarayev iclası tərk etdi. Onu digər sədr müavini Afiyəddin Cəlilov əvəzlədi. Tamerlan Qarayev getdikdən sonra himnin müzakirəsi və qəbulu gündəliyə salındı. Lakin hiss olunurdu ki, bəzi deputatlar paylanan qüsurlu mətni nümunə gətirərək müzakirənin aparılmasına mane oımağa, vaxtı uzatmağa çalışırlar. Bəziləri himn əvəzinə marş yazıldığına etiraz edirdilər. Bir sözlə müxtəlif bəhanə və iradlarla mövzudan yayınırdılar. Çünki, saat 14:00-da deputatlar nahar fasiləsinə çıxacaqdılar. Qurulmuş plan da bundan ibarət idi ki, Təmerlan Qarayev nahar fasiləsinə 30 dəqiqə qalmış iclası tərk edir, onu Afiyəddin Cəlilov əvəzləyir. Sonra isə saat 14:00-da deputatlar nahar fasiləsinə gedir və əksəriyyəti fasilədən qsyıtmır. Beləliklə, mayın 27-də Milli Məclisdə himnin müzakirəsi təxirə salınır. Himnin qəbulunun tərəfdarı olanların əsas arqumenti o idi ki, sabah 28 May-ADR-in ildönümü oldüğü üçün bayram ərəfəsində himn qəbul olunmalıdır. Bu baş vermədiyi halda məsələ də aktuallığını itirir və sonra nə olacağını təsəvvür etmək çətin deyil. Əsas məsələ həmin gün himnin müzakirəsinə və qəbul edilməsinə imkan verməmək idi. Bunları hiss edən, bəlkə də bu planlardan xəbərdar olan deputat Sabir Rüstəmxanlı növbəti dəfə söz alır və emisional şəkildə Milli Məclisdə çalışan bəzi əməkdaşların bilərəkdən təxribat törətmək istıdiklərini qeyd edir. Deputat bir daha xatırladır ki, paylanan mətnin hər sətrində orfoqrafik səhv var və bunu qəsdən bu şəkildə paylayıblar ki, himni gözdən salsınlar. O bu məsələ ilə bağlı hələ iki ay qabaq irad bildirdiyini söyləsə də, yenə həmin qüsurlu mətnin paylandığını bu günkü iclasın baş tutmaması üçün edildiyini qeyd etdi. Daha sonra Sabir Rüstəmxanlı Afiyyəddin Cəlilovdan xahiş etdi ki, fasiləyə çıxmadan himn məsələsinin müzakirəsinə və səsə qoyulmasına şərait yaratsın. O açıq şəkildə bildirdi ki, fasilədən sonra deputatların əksəriyyəti qayıtmayacaq. Bəzi deputatlar Ali Soveti Rəyasət Heyətinin yaratdığı komissiyanın himnin ən yaxşı mətnini seçmək üçün yaradıldığını xatırladaraq Azərbaycan SSR himnin sözlərini müzakirə etməyi təklif etdilər. Mübahisələr getdikcə qızışırdı. İclasa sədrlik edən Afiyəddin Cəlilov Sabir Rüatəmxanlının fasiləyə çıxmadan himnin müzakirəsini davam etdirmək təklifini dəstəklədi. Əslində təcrübəli dövlət xadimi Afiyəddin Cəlilov bununla da "Azərbaycan Marşı"nın əleyhinə olanların planlarını pozmuş oldu. Açığını bildirim ki, Afiyəddin Cəlilovun Sabir Rüstəmxanlınım təklifini dəstəkləməsi və fasiləyə çıxmadan məsələnin müzakirəsini davam etdirməyə razılıq verməsi "Azərbaycan Marşı"nın Dövlət Himni kimi qəbul olunmasında ən vacib addımlardan biri idi. Bir daha vurğulamaq istəyirəm ki, əgər deputatlar nahar fasiləsinə çıxsaydılar, həmin gün heç bir müzakirə və səsvermə baş tutmayacaqdı. Çünki, deputatların əksəriyyəti fasilədən qayıtmayacaqdı. Bu qabaqcadan düşünülmüş bir plan idi. Afiyəddin Cəlilobun çox güman ki, bu plandan xəbəri yox idi və yaxud xəbəri olsa belə, "Azərbaycan Marşı"nın himn kimi qəbulunu əngəlləyən biri kimi tarixə qalmaq istəməmişdi. Bu addımı ilə təcrübəli dövlət xadimi "Azərbaycan Marşı"nın əleyhinə olan qüvvələrin qarşısına sipər çəkdi.
Daha sonra komissiya sədri Firudin Cəlilov çıxış edərək aylarla komissiyanın gördüyü işlərdən danışdı. Qeyd etdi ki, bir qrup ziyalılar Azərbaycan sovet himnini keçirmək üçün əllərindən gələni eləmişdilər və az qala Ali Sovetin qərarını da çıxarmışdılar. Firudin Cəlilov daha sonra bilərəkdən paylanmış qüsurlu mətnə də kəskin etirazını bildirdi.
İclasın sədri Afiyəddin Cəlilov Firudin Cəlilova sual etdi: "Bu mətni deputatlara kim paylayıb?"
Afiyəddin Cəlilov verdiyi sualla onun əvvəlcədən düşünülmüş bu məkrli plandan xəbərssiz olduğunu bir daha sübut etdi. Ondan əvvəl iclasa rəhbərlik edən Tamerlan Qarayev bu məsələyə heç cür münasibət bildirməmişdi. Üstəlik himn məsələsini müzakirəyə çıxarmağı da bacardığı qədər uzadırdı. Hər dəfə "O məsələ hazır olan kimi o saat baxarıq, hazır deyil" deyirdi.
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyəti tərəfindən himnin ən yaxşı mətni üçün yaradılmış komissiyasının sədri Fazil Muradəliyev də söz alaraq görülmüş işlərdən danışdı. Aparılan müzakirələr, bəstəkarlarla, şairlərlə keçirilən çoxsaylı görüşlər haqqında danışdı və qeyd etdi ki, onun rəhbərlik etdiyi komissiya da "Azərbaycan Marşı"nın himn kimi qəbul edilməsinin tərəfdarıdır. Milli Məclisdən xahiş etdi ki, hır İki komissiyanın rəyi nəzərə alınaraq "Azərbaycan Matşı"nın himn kimi qəbul edilməsinə səs versin...
(ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















