Icma.az
close
up
RU
“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın enerji siyasəti son otuz ildən artıq dövrdə ölkəmizin iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıqlarının əsas sütunlarından birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Azərbaycanı qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş mövqeyinə yüksəltmişdir. Bu baxımdan 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətlərin və qarşıdakı hədəflərinin növbəti dəfə beynəlxalq ictimaiyyətə təqdimatı oldu.

Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs illər ərzində genişlənərək dünyanın ən nüfuzlu enerji platformalarından birinə çevrilmişdir. Bu gün “Bakı Enerji Həftəsi” yalnız enerji şirkətlərinin görüş məkanı deyil, həm də qlobal enerji siyasətinin, enerji təhlükəsizliyinin, yaşıl enerji keçidinin və beynəlxalq əməkdaşlığın müzakirə olunduğu mühüm forumdur. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir” fikri təsadüfi deyil. Tədbirə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və aparıcı enerji şirkətlərinin qatılması onun nüfuzunu bir daha təsdiqləyir. Bu il keçirilən Bakı Enerji Həftəsinin xüsusi əhəmiyyəti həm də “Şahdəniz” layihəsinin 30 illiyi ilə bağlıdır. Məhz bu layihə Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymuş, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmışdır. Bu gün Azərbaycan təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi bir çox ölkələrin enerji təminatında mühüm yer tutur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri enerji layihələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələlərinin müasir dövrdə daha da aktuallaşdığını diqqətə çatdırdı. Dünyada geosiyasi proseslərin mürəkkəbləşdiyi, enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi öz öhdəliklərinə sadiq qalır. Məhz buna görə ölkəmiz beynəlxalq enerji əməkdaşlığında etimad ünvanına çevrilmişdir. Azərbaycanın həyata keçirdiyi siyasət enerji resurslarının yalnız iqtisadi mənfəət mənbəyi deyil, həm də beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi vasitəsi olduğunu nümayiş etdirir.

Bakı Enerji Həftəsinin əhəmiyyətini artıran əsas amillərdən biri də tədbirin ənənəvi enerji ilə yanaşı, yaşıl enerji gündəliyinə geniş yer ayırmasıdır. Azərbaycan bu gün bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə reallaşdırılan investisiyalar ölkəmizin enerji balansının şaxələndirilməsinə xidmət edir. COP29-a ev sahibliyi etmiş Azərbaycan enerji keçidi sahəsində də mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu isə ölkəmizin həm ənənəvi, həm də yaşıl enerji sahəsində qlobal liderlik ambisiyalarını nümayiş etdirir.

Diqqətçəkən məqamlardan biri də Bakı Enerji Həftəsinin beynəlxalq miqyasıdır. Bu il tədbirdə 46 ölkədən 270-dən çox şirkətin iştirak etməsi Azərbaycanın enerji sektoruna olan yüksək marağın göstəricisidir. Dünyanın müxtəlif regionlarından gələn iştirakçılar Bakını enerji sahəsində fikir və təcrübə mübadiləsinin əsas mərkəzlərindən birinə çevirirlər. Bu fakt ölkəmizin beynəlxalq nüfuzunun artdığını və enerji diplomatiyasının uğurla həyata keçirildiyini göstərir. Bu gün Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, iqtisadi inkişafını sürətləndirir və regionda əməkdaşlığın genişlənməsinə xidmət edir.

Əminliklə demək olar ki, Bakı Enerji Həftəsi bundan sonra da qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayacaq, Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi mövqeyini daha da gücləndirəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu tədbir həqiqətən də qlobal enerji səhnəsinin aparıcı platformalarından biridir və Azərbaycanın dünyaya açılan enerji körpüsünün ən parlaq nümunəsidir.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri