Icma.az
close
up
RU
“Bir dəfə o işdə iştirak etdinsə, olursan kəbinli arvad” futbolumuzda danışılmış oyunlar varmı?

“Bir dəfə o işdə iştirak etdinsə, olursan kəbinli arvad” futbolumuzda danışılmış oyunlar varmı?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolu “Şamaxı” və “Mingəçevir”də yaşanan danışılmış oyunlar şübhəsi ilə çalxalanmaqdadı. Bəzi futbolçuların bir-iki illiyə, bəzilərinin isə ömürlük futboldan uzaqlaşdırılacağı deyilir. Xatırlayırsızsa, ötən mövsüm bu problemlər “İrəvan”da da yaşandı. Nəticədə ciddi cəza ilə üzləşənlər oldu. Belə görünür ki, Azərbaycan futbolunda danışılmış oyun, nəticələrin öncədən razılaşdırılması kimi söhbətlər 2024-də qalmayıb.

Ümumiyyətlə, Azərbaycan futbolunda danışılmış oyunlar varmı? Varsa, bunun əlamətlərini nədə görürsüz?
Bu sualları təcrübəli mütəxəssis Vidadi Rzayevə ünvanladıq:

“Fikrimcə, bütün liqalarımızda danışılmış oyunlar var. Neçə illərdi 1-ci və 2-ci liqada oyunçular aşkar edirlər. 2-ci liqada danışılmış oyun varsa, premyer-liqada da var. Azərbaycan futbolunun evini belə şeylər yıxır. Bir dəfə o işdə iştirak etdinsə, olursan kəbinli arvad. Elə məşqçiləri həbs etmək lazımdı. Görmüsüz ki, heç kimisə tutsunlar? Həbs edəndən 5 gün sonra da buraxırlar. Elə adamların yeri zindandı. Orda oturmalıdılar və ağılları başına gəlməlidi. İdmandan qumar olmaz. Belə alçaqlıqlara gedəcəksənsə, oynamamaq məsləhətlidi. Futbolu oynayırsan ki, həyat qurasan. 300 minlə 1-ci, 50 minlə 2-ci liqa olar? Nəyə lazımdı bunlar? Ondansa, bağlayın çıxıb getsin. 19 yaşındakı futbolçulara maaş verə bilmirlər. Azərbaycan futbolunda problemlər aşıb-daşır. Valideyn də deyir ki, get, evə pul gətir. Heç biri də maaş almır. 19 yaşlıların hamısı o qumarda var. Onların hamısını uşaq vaxtından korlayırlar. Gəlib böyük futbola çıxır. Ola bilməz ki, aşağı liqalarda qumar var, premyer-liqada yoxdu. Klubların sponsorları və meydançıları əla vəziyyətdə olmalıdı. 21-ci əsrdə yaşayırıq. 50 dəfə təkrar edirsən, di gəl, heç nə yoxdu. Özünə hörmət edən futbolçu qumara getməz. Ya futbol oynamaram, ya da o işə getmərəm. Mən həmişə demişəm ki, təmiz futbol, təmiz idman olmalıdı. İdmanda o işə gedən namusunu, şərəfini və qeyrətini satır”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri